vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
09:50 | 25 aprel 2022 | Bazar ertəsi Məqaləyə 2149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Necə edir, bilinmir....

Buna ancaq təəccüblənmək və təşəkkür etmək lazımdır

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

2018-ci ilin sentyabrı. “Qarabağ”la birlikdə Lissabondan “Sportinq” səfərindən qayıdırıq. Komanda 0:2 hesabıyla məğlub, amma yaxşı futbol nümayiş etdirib. “Qarabağ” sona qədər mübarizə apardı, özündən azı 15 dəfə bahalı rəqiblə baş-başa oynadı, var gücünü ortaya qoydu, hətta startda əldə etdiyi epizodlardan yararlan bilsəydi, xalla da qayıda bilərdi. Amma alınmadı. Çünki rəqiblə aradakı fərq vardı. “Sportinq” qalib gəlmək üçün əlavə resurslarını işə saldı və istəyinə nail oldu. Ki, o resurslardan bizim təmsilçidə yox idi.

Yadımdan çıxmaz. Bakıya dönmək üçün hava limanında əsas binadan təyyarəyə aparan avtobusla Qurban Qurbanovla qısa bir söhbət etdik. Müsahibə deyildi, sadəcə söhbət edirdik. 

– Qurban müəllim, çox fikirlisiz...

– Hə, fikirləşirəm ki, xal ala bilərdik.

– Komanda döyüşdü, amma bu yetərli olmadı.

– Əsas məsələ də budur. Çempionatımız güclü olsaydı, burdan xal aparacaqdıq. Mən istəyirəm ki, Premyer-Liqada güclü rəqiblər olsun, məni həm psixoloji, həm də taktiki çətinliyə salsın, mən də müxtəlif çıxış yolları axtarım, daha çox variant üzərində çalışım. Elə olsa, biz burdan xal apara bilərik. Amma alınmır, çünki çempionatımız o deyil. 

– Heyf ki, başqa liqada oynamaq alınmır.

– “Superliqa” kimi bir liqada oynasaydıq, indi daha hazırlıqlı olardıq.

Bu qısa söhbətdə hər şey deyilmişdi. “Gələn-gedənə”, hətta çempionluğa əsas namizədlərə 5-6 top vuran komanda necə inkişaf edəcək, “Bazel”i, “Marsel”i necə üstələyəcək? Hələ Qurbanov o söhbətdə çox təvazökarlıq etmişdi. Demədi ki, mənim komandamın bazar dəyəri toplam 15 milyon avrodur, rəqibinki 261 milyon, məndə hücumda Emeqara, dayaqda Coşqun Diniyev oynayır, onların heyətində Nani, Rafinya, Qudel, Matye və başqaları var. Demədi ki, bizdə stadionlar mövsümdə heç bir dəfə də dolmur, amma “Sportinq”in adi ev matçına bilet tapılmır. Çox şeylər demədi, amma qısa söhbətdə hər şeyi dedi.

Bütün bu problemlərə baxmayaraq, “Qarabağ” Azərbaycanı Avropada layiqincə təmsil edir. Bunu necə, nə cür edirlər, resursu haradan tapırlar bilmirəm, amma edirlər. Buna da ancaq təəccüblənmək və təşəkkür etmək olar.

Həşəmətli Premyer-Liqamızın bitməsinə 4 tur qalıb və bu həftə “Qarabağ” növbəti çempionluğunu rəsmiləşdirəcək. Və yenidən ÇL-də bizi təmsil edəcək. Buna isə yalnız sevinmək olar. Çünki ən azından iki ay ərzində ÇL, AL və KL-in hamısında iştirak edib, hamısında məğlub olmayacaq. Adına çempionat dediyimiz bu biabırçı yarışmaya rəğmən.