vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
00:43 | 23 aprel 2022 | Şənbə Məqaləyə 1707 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ferrari” İmolada sürətlidir

“Formula 1” tarixinin ən gənc üçlüyü ...

RAUF

İmolada bəlkə də, “Formula 1” tarixinin ən gənc üçlüyünü gördük. Verstappen, Lekler və Norrisin toplamda 71 yaşı var. Məncə, ən gənc ilk 3 yerdir.

Maks bəxt hesabına “poul” aldı, amma bəxt həmişə hazır olanın ayağına gəlir. Leklerin qırmızı bayraqlarda bəxti gətirmədi. Hər üç sürətli cəhdində qırmızı bayraqlar onun qarşısını kəsdi. Amma “Ferrari” burada sürətlidir.

Karlos Sayns isə... Avstraliyada etdiyi səhv 30 faiz özünə, 70 faiz komanda və digər amillərə bağlamaq olardı. Hətta, elə idi. Amma bugünkü səhvi çox pis oldu. Motorda ümid edirəm problem olmaz. Amma bəxti gətirdi ki, sabah sprint yarışı var. Maşının da tempi var. Minimum 6-cı, maksimum 4-cü yerə qədər gələ bilər.

Günün bəxtsizlərindən biri də Alonso idi. Üçüncü ola biləcəyi sıralanma turunda beşinci yeri tutdu. Ümumilikdə yenə də güclü görünürdü.

Sabah Maksla Şarl arasında bir qəza ola bilər. Gözləyək görək.