vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DİGƏR NÖVLƏR  
00:33 | 24 aprel 2022 | Bazar Məqaləyə 1894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şans Alonsodan üz döndərib

“Mercedes” isə əsl xəyal qırıqlığı yaşatdı

RAUF

MÖVZU İLƏ ƏLAQƏLİ

“Formula 1”in “Emiliya-Romanya Sprint 2022”də hər şeyi ilə çox həyəcanlı yarış izlədik. Maks Ferstappen bu il növbəti dəfə Lekleri real mübarizədə keçdi və bu yöndə psixoloji üstünlüyü də əlinə aldı. Lekler hələ real mübarizədə onu keçə bilməyib.

Karlos Sayns minimum vəzifəni yerinə yetirdi və 4-cü oldu. Sabah üçün yaxşı yerdədir. Səhvini düzəltdi. Şarl Lekler təkərləri tez öldürür. Sabah da belə eləsə, Ferstappen oynaya-oynaya qazanar.

“Mercedes” isə əsl xəyal qırıqlığı yaşatdı. Axırıncı dəfə Azərbaycanda iki sürücü ilə xalsız qalmışdılar. Artıq pilotları çox geridə qalırlar. Bəlkə, yenilikləri işləsə, “Mühəndislər Kuboku”nda 2-ci olarlar, amma “Sürücülər Çempionatı”nda qələbə yavaş-yavaş əldən gedir.

Alonso da günün bəxtsizlərindən idi. Əvvəl ilişmə muftası işləmədi və heç nədən iki yer itirdi. Sonra da tempi çatmadı. Problemlər bu adamdan əl çəkmir.

Serxio Peres də eynilə Karlos Sayns kimi əla iş gördü. Sabah Ferrari və Red Bull arasında şahmat oyunu gedəcək.