
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransanın Avropa işləri üzrə dövlət katibi bildirib ki, Ukraynanın Avropa İttifaqına qoşulması azı 15-20 il çəkə bilər. Klement Bonun bu sözləri Ukrayna prezidenti Vladimir Zelenskinin qısa müddət ərzində Avropa blokuna qoşulmaq ümidləri sual altına alır.
“Biz səmimi olmalıyıq. Əgər siz Ukraynanın altı ay, bir və ya iki il ərzində Avropa İttifaqına qoşulacağını deyirsinizsə, siz yalan danışırsınız”, – deyə Bon mayın 22-də “Radio J”yə verdiyi müsahibədə bildirib: “Mən ukraynalılara illüziya və ya yalan təklif etmək istəmirəm”.
Fransanın Avropa nazirinin şərhi ölkə prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqı ilə müəyyən formada “əməkdaşlıq” təklifindən sonra səslənib. Mayın 21-də Ukrayna prezidenti Zelenski Makronun bu təklifindən imtina edib.
“Bizə bu cür kompromis lazım deyil”, – deyə, Zelenski Kiyevdə Portuqaliya baş naziri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib. Ukrayna prezidenti əlavə edib ki, bu addım Ukrayna ilə Avropa arasında deyil, Avropa ilə Rusiya arasında kompromis olacaq.