vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
09:12 | 10 iyun 2022 | Cümə Məqaləyə 1232 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Formula-1” həyəcanı başlanır

Sürət peşəkarları Qız qalasının başına 51 dəfə dolanacaqlar

İyunun 10-da Bakıda “Formula-1” Azərbaycan Qran-prisi başlanır. Paytaxtımızda altıncı dəfə keçirilən yarışın ilk gününə sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

Mövsümün 8-ci sınağında saat 15:00-da Formula 1 pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər. Günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər.

İyunun 11-i və 12-si “Formula-1” Azərbaycan Qran-prisi üçün əsas günlərdir. Şənbə günü üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır.

İyunun 12-də pilotların paradı, açılış mərasimi olacaq. Saat 15:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Bu mərhələyə də, əvvəlki yarış kimi, 10 komandanın heyətində 20 pilot qatılacaq. Bakı trekində “Red Bull”un heyətində Serxio Peres, Maks Ferstappen, “Ferrari”nin heyətində Şarl Lekler, Karlos Sayns, “Mercedes”in heyətində Luis Hamilton, Corc Rassell, “MakLaren”in heyətində Daniel Rikkardo, Lando Norris, “Alfa Romeo”nun heyətində Çjou Quanyu, Valtteri Bottas, “Alpin”in heyətində Fernando Alonso, Esteban Okon, “Alfa Tauri”nin heyətində Pyerr Qasli, Yuki Tsunoda, “Haas”ın heyətində Kevin Maqnussen, Mik Şumaxer, “Aston Martin”in heyətində Sebastyan Fettel, Lens Stroll, “Wilyams”ın heyətində Aleksander Albon və Nikolas Latifi bolidlərin sürətini yoxlayacaq.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər Qız qalasının yanı, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, martın 20-də Bəhreyndə start götürən Formula 1 mövsümündə 7 mərhələdən sonra pilotların mübarizəsində 125 xalla “Red Bull”dan Maks Ferstappen liderdir. Onu “Ferrari”nin pilotu Şarl Lekler (116 xal) və “Red Bull”un digər təmsilçisi Serxio Peres (110) izləyir.

Komanda hesabında isə “Red Bull” 235 xalla birincidir. “Ferrari” 199 xalla ikinci, “Mercedes” 134 xalla üçüncüdür.