vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
23:45 | 12 iyun 2022 | Bazar Məqaləyə 1515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3-cü bina müəmması niyə aydınlaşmır?

Özbaşınalıqların acığını evsiz jurnalistlərdən çıxmaq lazım deyil

Məhəmmədəli QƏRİBLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarşıdan 22 iyul, jurnalistlərin peşə bayramının növbəti ildönümü gəlir. Adətən bu təqvim günündə jurnalistika ilə bağlı mühüm qərarlar qəbul edilir. Bura fəxri adların verilməsi, jurnalistlər üçün tikilən binalardakı mənzillərin bölüşdürülməsi və s. kimi mühüm hadisələri aid edə bilərik.

Bizi üzümüzə gələn 22 iyuldan bir ay müddət ayırsa da, bir sükut hiss olunur. Ən əsası isə jurnalistlər üçün inşa edilən 3-cü binanın taleyi ilə bağlı rəsmi dövlət qurumları tərəfindən heç bir açıqlama verilmir. 

Nəzərinizə çatdırmaq istəyirəm ki, indiyə kimi jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 3-bina inşa edilib. 

Onlardan ikisi ( 2013 və 2017-ci illərdə istifadə verilənlər) şəffaflıq prinsiplərinə tam əməl edilməsə belə, artıq jurnalistlər arasında bölüşdürülüb. Şəxsən Prezident tərəfindən təməli qoyulan 3-cü binanın da təyinatı sırf jurnalistlər üçün nəzərdə tutulub. 

Hətta həmin binanın təməlqoyma mərasimində Prezidentin bu yöndə etdiyi çıxışın məzmunu da medianın arxivində var. 

Əslində, 3-cü bina plan üzrə 2020-ci ildə jurnalistlərə paylanmalıydı. Sonra həmin binanın tikilişində ciddi korrupsiyaya yol verildiyi üzə çıxdı və  binanın tikilməsi və paylanılması üzrə məsul olan KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edildi. 

Bir müddət də binadakı mənzillərin  paylanmasınının yubadılması bu amillə izah edildi. Artıq Vüqar Səfərli barədə məhkəmənin hökmü var, onun barəsində ittiham hökmü çıxarılıb. Buna baxmayaraq, yenə də 3-cü binanın taleyi qeyri-müəyyən olaraq qalır.  

Hətta bu istiqamətdə ötən il media cameəsinin ciddi narazılıqla qarşıladığı bir proses oldu. Bir qrup tanınmış media və QHT nümayəndələri İmzalarını qoyaraq, Prezidentə müraciət etdilər ki, 3-cü binadakı mənzillər jurnalistlərə deyil, şəhid və qazi ailələrinə verilsin.

Maraqlıdır ki, həmin müraciətə imza atanların sırasında jurnalistlər üçün inşa edilən 1 və 2-ci binadan ev alan şəxslər də vardı. Bu təşəbbüsə etiraz edən jurnalistlər çox həssaslıqla bildirdilər ki, şəhid və qazilər bizim baş tacımızdır. 

Onları mənzillə təmin etmək üçün dövlətimizin kifayət qədər resursu olduğu halda, niyə bunu jurnalistlərin uzun illərdi həsrətlə gözlədiyi binanın hesabına etmək lazımdır? Hətta bu təşəbbüs bir neçə tanınmış şəhid ailəsi tərəfindən də etirazla qarşılandı.

Mövzuya etirazlar geniş vüsət aldığı üçün,  bu təşəbbüs də arxa planda qaldı. İki ay əvvəl bir xəbər yayıldı ki, Sahil Babayevin rəhbərlik etdiyi nazirlik həmin binanı öz balansına qəbul edib. İki gün sonra həmin qurum bu məlumatı təkzib etdi.

Açığını deyim ki, bu qeyri-müəyyənlik illərdi həmin binadan mənzil almaq ümidi və haqqı olan, mənzil şəraiti və real dolanışığı çox acınacaqlı olan bir çox media mənsubunun əsəblərini tarıma çəkib. 

Mən anlamıram, niyə Prezident Administarsiyası və Medianın İnkişafı Agentliyi bu məsələ ilə bağlı konkret açıqlama vermir?

Bəyəm, bu məsələ mühüm dövlət sirri kateqoroyasına aiddir ki, nəsə danışmaq belə çətin olsun? Bunun çox qısa cavabı var. Ya demək olar ki, gözləməyin, həmin bina jurnalistlərə ümumiyyətlə verilməyəcək, ya da  “gözləyin filanıncı  ildə paylanma ehtimalı var”, – sözünü desinlər!

Əgər kimsə düşünürsə ki, iki bina ilə jurnalistlərin mənzil problemi  kökündən  həll olunub, tam yanılır. Hətta bunu əsaslandırmaq üçün bəziləri deyir ki, mənzilsiz jurnalist varıydısa, niyə Əli Həsənov jurnalist olmayanlara ev verirdi? 

Bax, bu arqumenti əsas götürənlər bilməlidir ki, zamanında olan belə özbaşınalıqların acığını hazırda mənzil almağa haqq edən jurnalistlərdən çıxmaq lazım deyil. Buyurun, medianın bayramı ərəfəsində 3-cü bina ilə bağlı konkret bir açıqlama verin, biz də işimizi bilək. Narahat olmağa dəyməz, onsuz da nə desəniz, ikiəlli sizinlə razılaşacayıq. Yetər ki, konkret bir söz deyin…