

“Donosvari” şikayətlər əsasında yazılan “ekspertiza işi”
Özbaşınalıqların acığını evsiz jurnalistlərdən çıxmaq lazım deyil
Dünya slnaqdan keçirilən praktika Azərbaycanda niyə tətbiq olunmur?
Zəruri prosessual tədbirlərdən sonra hadisəyə hüquqi qiymət veriləcək
Əhməd İsmayılov Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirib
MEDİA-dan jurnalistin hədələnməsinə reaksiya
Millət vəkili Medianın İnkişafı Agentliyinə müraciət etdi
Məhkəmə apelyasiya şikayətlərini təmin etmədi
“Jurnalistlərə sosialyönlü imtiyazlardan, güzəştli ipotekadan yararlanmaq imkanı veriləcək...”
“Media qanunu”: hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?
İlham Əliyev Medianın İnkişafı Agentliyinə yeni hüquqlar verdi
MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov yazır
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlər üçün fərdi müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən materiallar:
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı köşə yazısı;
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı iqtisadi reportaj;
– ən yaxşı sosial reportaj;
– ən yaxşı mədəniyyət reportajı;
– ən yaxşı idman reportajı.
Qiymətləndirmə:
Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
Mükafatlandırma:
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 01 iyul 2022-ci il saat 18:00-dək davam edəcək.