
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Proses hara gedir, Azərbaycan nə istəyir?
Seçim Moskvanındır!
İranın Azərbaycana qarşı siyasəti
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
... və ya “dil pəhləvan”ın yeni macəraları
Kreml Ukraynaya vurduğu damğanı Azərbaycana da yönəltmək istəyir
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Tez-tez eşidirik ki, Zəngilanla Naxçıvanı birləşdirəcək dəmiryol və avtomobil yolunun (karayol) olmasında Rusiya maraqlıdır. Hətta bununla bağlı bəndin də 10 noyabr Üç Tərəfli Bəyanata salınmasının müəllifinin Rusiya olduğunu deyənlər də var idi. Həm yerli, həm də hətta xarici siyasi şərhçilər deyirdi bunu.
İzah da verirdilər ki, guya Rusiya bununla Türkiyə, Suriyaya, başqa Yaxın Şərq ölkələrinə, eləcə də Ermənistana quru yolla çıxmağı hədəfləyir-filan.
Rusiyanın belə istəkləri ola biləcəyi mübahisə doğurmur.
Amma Rusiyanın bunda maraqlı edən amillərdən az olmayan riskləri də var.
Bəs nədən Rusiya sanki maraqlı kimi görünür? Niyə etiraz etmir?
Bu tələbin bəyannaməyə salınmasının Rusiyanın işi olması, Rusiyanın bu yolun açılmasında maraqlı olması kimi hökmlərin arxasında gerçəkliyin əksi yox, Rusiyanın Qarabağ savaşı və onun sonuclarının biçimlənməsindəki rolunun və gücünün hədsiz şişirdilməsi durur.
Nəzərə almırlar ki, 44 günlük savaşın sonundakı Üç Tərəfli Bəyanat təkcə Azərbaycanla Ermənistan arasında kompromis deyil, bu həm də Azərbaycanla Rusiya arasında kompromisdir.
Yuxarıda dediyim kimi, Rusiyanın maraqlı ola biləcəyi bir neçə məqam var. Amma bunlar çox azdır Rusiyanın bu yolun carçısı kimi çıxış etməsi və onu dəstəkləməsi üçün.
Rusiya təşəbbüsçü və sponsor yox, zorən dəstəkçidir. Qarşısını almaq imkanında deyil. Nə deyib əngəl olsun ki?
Ermənistanla sülhdən danışırıqsa, kommunikasiyalar açılmalıdır. Ermənistan özü blokadadan çıxmalıdır. Belə olduğunda Naxçıvanın blokadası saxlana bilərmi? Yox təbii. Yəni yol açılmalıdır.
Rusiyanın edə biləcəyi iki şey var. Bundan faydalanmaq və elə etmək ki, mümkün qədər yolu öz nəzarətində saxlasın.
Bəyannaməyə yolun güvənliyinə Federal Təhlükəsizlik Xidməti (FTX) sərhəd xidməti nəzarət edəcək ifadəsi salınması buna xidmət edir. Amma bu yetərli deyil. Kənarda durub qorumaq ki, yola kimsə yaxınlaşmasın, bu Rusiyaya sərf etmir.
Bu tərəfdən də Azərbaycan tələb edir ki, yol dəhliz kimi olmalıdır. Gömrük və sərhəd nəzarəti olmadan keçməlidir yüklər və şəxslər. Yəni, kənarda dur, bax.
Rusiya İrəvandakı hökumətin və öz əlaltısı olan müxalifətinin yardımı ilə məhz buna çalışır ki, Zəngəzur dəhliz olmasın, həm sərhəd, həm gömrük nəzarəti olsun və bu nəzarəti ya özü, ya da ermənilərlə birgə həyata keçirsin.
Rusiyanın dəstək verdiyi və sponsorluq etdiyi məhz budur.
Nəzərə alın ki, Rusiya Ukraynaya soxulduqdan sonra Zəngəzur dəhlizi həm də Rusiyadan yan keçən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm alternativlərindən birinin parçasıdır.