Yeni proqram hazırlanır
Azərbaycan Yüksəliş Partiyasında elm və təhsil adamları ilə görüş
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
Bu yola niyə çıxdıq?
Hədəfimiz güclü Azərbaycan dövləti, onun hüququ və rifahı təmin olunmuş vətəndaşıdır
-
Ölkə siyasətində yeni AY doğdu
Köhnələr partiyalar parçalanıb ulduz olarkən ...
-
Etibar Əliyev MTN-lə əlbir olmaqda günahlandırılır
«Texnikabank»ın rəhbəri iri əmanətçilərin siyahısını Eldar Mahmudova ötürübmü...
-
«Etiraf etmək lazımdır ki, ...»
«Qafqaz və Təfəkkürün ardınca, digər lazım olmayan universitetlər də bağlanmalıdır»
-
«Nə addım atasıyam?»
«Başımı divara vuracam, ya üsyan edəcəm?»
-
Bir-birlərinə «gəda» dedilər
Partiya sədrinin Nobel mükafatına iddiası eksperti özündən çıxardı
-
Qafqaz Universitetinin aqibəti necə olacaq?
«Dini yönüm olsaydı heç kəs övladını həmin məktəblərə etibar etməzdi»
-
«Araz» kursları bağlanmayacaq
Türkiyədəki radikal qərarın Azərbaycanda tətbiqi ciddi əks-effekt verər
-
Azərbaycan Yüksəliş (AY) Partiyasında ölkənin elm xadimləri və təhsil mütəxəssisləri ilə görüş keçirilib.
AY Partiya Başqanının Elm və təhsil məsələləri üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı iştirakçıları salamlayaraq, bildirib ki, görüş AY Partiya Başqanının ölkənin elm və təhsilinin bugünkü vəziyyətini bu sahənin mütəxəssislərindən öyrənməsi, onların fikirlərini dinləməsi məqsədilə təşkil olunub.
AY Partiya Başqanı Anar Əsədli giriş nitqi söyləyərək, deyib ki, bütün sahələrin durumunu həmin sahənin nümayəndələrindən öyrənmək daha doğrudur: “Siyasətçilər təkbaşına heç bir sahədə irəliyə gedə bilməzlər. Onların hər zaman ziyalı, mütəxəssis fikirlərinə ehtiyacı var. Qurucu babalarımızın 1918-ci ildə ərsəyə gətirdiyi Azərbaycan Xalq Cümhuriyyəti həm də aydınlarımızın fikirlərinin, ortaya qoyduğu ideologiyanın nəticəsi idi. Daha sonra Milli Azadlıq Hərəkatı, Azərbaycanın müstəqilliyinin bərpası da siyasətçilərimizin və ziyalılarımızın birgə fəaliyyəti ilə mümkün oldu”.
O, AY Partiyanın elm və təhsillə bağlı hazırlayacağı konsepsiyada ziyalıların fikirlərinə yer veriləcəyini qeyd edib.
AMEA Folklor İnstitutunun bölmə rəhbəri Əli Şamil çıxışında siyasi partiyaların seçicilərin missiyasını bilməsi, əhəmiyyəti ilə bağlı maarifləndirmə aparmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, köhnə fikirli insanların idarəetmədə yer aldığı müddətcə bütün sahələrdə yeniliklərin həyata keçirilməsi mümkün görünmür.
Deputat, təhsil mütəxəssisi Etibar Əliyev bildirib ki, 90-cı illərin əvvəllərindən indiyədək özümüzün təhsil sistemimizi formalaşdıra bilməmişik: “Yaxşı müəllim yetişdirə bilmirik, çünki hər yerdə köhnə fikirli adamlar hər yeri zəbt edib. Təhsillə elm vəhdət təşkil etməlidir. Amma bizdə bu, mümkün olmayıb”.
Deputatın sözlərinə görə, tələbə qəbulu sahəsində ciddi problemlər mövcuddur: “10-11-ci sinif şagirdləri məktəbə getmirlər. Biz əvvəlcə şagirdləri məktəbə qaytarmağın yolunu tapmalıyıq. Orta məktəb direktorlarının, universitet rektorlarının 80 faizi yerində deyil. Rüşvət, korrupsiya baş alıb gedir”.
O qeyd edib ki, sovet dönəmində mövcud olan məktəb dərnəkləri Azərbaycan incəsənətinə, mədəniyyətinə yüzlərlə istedad bəxş edib. İndi isə istedadlar orta məktəblərdə batır, onları üzə çıxaran yoxdur: “Rüşvət olan yerdə hansı təhsil mədəniyyətindən danışmaq olar? Azərbaycan müstəqilliyini bərpa etdikdən keçən müddətdə ölkədə təhsilin qiymətləndirilməsi aparılmayıb. O zaman özəl məktəblərdə, universitetlərdəki pullu bölmələri hansı əsasla qiymətləndiriblər? Dərsliklərlə bağlı ciddi nöqsanlar var və bu sahəsində monopoliya hökm sürür. Biz universitetlərdə demokratik mühiti formalaşdıra bilməsək, təhsilin problemləri də həllini tapmayacaq”.
Millət vəkili belə bir diskussiyanın təşkili üçün AY Partiyaya təşəkkür edib.
Pedaqoq-şairə Kəmalə Abıyeva çıxışında bildirib ki, istənilən problemin kökünü araşdırarkən hər bir fərd özündən başlamalıdır: “Nə qədər ki, özümüzü tənqid etməyəcəyik, o vaxtadək problemlərin həllinə də nail olmayacağıq. Təhsil sahəsində o qədər problem var ki, saymaqla bitməz. Mən belə müzakirələrin aparılmasına şərait yaradığı üçün AY Partiyaya təşəkkürümü bildirirəm”.
“Sevgi pedoqogikası” layihəsinin rəhbəri Aysel Rəsulzadə valideyn-məktəb münasibətlərindən geniş danışıb. O, məktəblilər arasında mütaliə mədəniyyətinin yayılmasının vacibliyinə diqqət çəkib.
AMEA-nın Fəlsəfə Hüquq və Sosiologiya İnstitutunun direktor müavini Qabil Camalov çıxışında gənclərimizin Qərb mədəniyyətinin daha çox mənfi tərəflərini mənimsədiyini bildirərək, əlavə edib ki, təhsil kommersiyalaşdıqda artıq orada təhsildən söhbət gedə bilməz: “Müəllimin maaşı bu qədər aşağıdırsa, onun cəmiyyətdə hörməti olmayacaq. Məktəblərin status olmalıdır, orada istedadlar, bacarıqlar üzə çıxarılmalıdır”.
“Bu cəmiyyətdə insanlar ləyaqət və savada görə yerlərini ala bilmirlərsə, təhsilin nə hörməti olacaq?”, - deyən Azərbaycan Dillər Universitetinin müəllimi Tural Cəfərov əlavə edib ki, fundamental məsələ budur: “Dərsliklər, rüşvət, korrupsiya, təhsil sisteminin digər problemlərinin olduğunu hamımız bilirik. Bunun kökünü tapmalıyıq. Bunun da yolu təhsil sisteminin necə qurulmasından keçir. Uşaqların beyni ancaq dərs kitabları ilə doldurulur. Halbuki biz uşaqların öyrənməkdən əvvəl düşünməyinə, analiz təfəkkürünün formalaşmasına nail olmalıyıq. Cəfər Cabbarlı demiş, dildə, şüurda, məişətdə inqilab etməliyik. İnqilab etmək üçünsə inqilabçı olmaq lazımdır”.
AMEA Dilçilik Universitetinin sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Elçin İsmayılov rus dilində təhsilin fəsadlarına diqqət çəkib: “Biz rusdilli məktəbləri açmaqla Azərbaycanın qeyri-türk əhalisini itiririk”.
Xəzər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı təhsildəki innovasiyalardan, tələbə-müəllim münasibətlərində yeni mərhələlərdən danışıb.
Fəlsəfə doktoru, dosent Rəşad Əsgərov, təhsil eksperti Elçin Əfəndi, ADMİU “Sabah” qrupunun dekanı Bela Talıbova, sosioloq-araşdırmaçı Sahib Altay, dosent Zəminə Ziyayeva, ADMİU-nun müəllimi, kulturoloq, dosent Aygün Eyvazlı, dosent Elmira Məmmədova Kekeç, Beynəlxalq Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Altaylı, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Aynur Təhməzova, iqtisadçı Qənimət Səfərov, Pedoqoji Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Reyhan Dadaşova müzakirələrə qatılaraq, təhsil sahəsindəki problemlərdən söhbət açıb, onların həlli yolları barədə fikirlərini bildiriblər.
AY Partiya Başqanının elm xadimləri və təhsil mütəxəssisləri ilə görüşünün nəticəsi kimi aşağıdakı həlli vacib məsələlərdən yola çıxaraq, yeni təhsil proqramının hazırlanmasına qərar verilib:
1. 30 ildir, müstəqillik qazanmış ölkəmizin hələ tam şəkildə sovet məktəb (oxu: öyrətim sistemi) formatından ayrıla bilməməsi, Baloniya və digər innovativ üsulların sovet ənənəvi üsulu ilə qarışması təhsildə boşluq yaradan ən əsas problerdən biridir. Öncəliklə məktəb sistemində çağdaş öyrətim üsullarından birinin milli-mənəvi dəyərlərə söykənərək, tədbiq olunması proqram şəklində hazırlanmalı və həyata keçirilməlidir.
2. 11 illik təhsil sisteminin 12 illik sistemlə əvəz olunması, öz növbəsində müəyyən istisnalar olmaqla bəzi ixtisaslarda 4 illik bakalavr pilləsinin 3 illə əvəz edilməsi, magistr pilləsindən sonra son mərhələnin fəlsəfə doktorluğu üzrə doktorantura pilləsində təhsilin və müdafiənin bitməsini tələb etmək, uyğun təşkilatlara bununla bağlı irad və təkliflər paketi hazırlamaq lazımdır.
3. Təhsildəki ən böyük boşluqlardan biri də dərsliklərin hazırlanması, yararsız dərsliklərin təhsilə vurduğu zərbədir. Həm dərslərarası inteqrasiya, həm də müasir məktəblinin psixologiyasını, onun öyrənmə maraqlarını nəzərə alınaraq, yeni üsulla hazırlanan dərsliklər təhsilimizdə inqilab yarada biləcək dönüşlərdir.
4. Yeni öyrətim çağında məktəbli psixologiyasının depressiv hallarını və eləcə də artan aqressivlik və intihar hallarını nəzərə alaraq, üçlü məsləhət mərkəzlərinin yaranması vacibdir. 3 tərəfin (müəllim-valideyn-məktəbli) maraqları və ən əsası, bir-birindən gözləntiləri müzakirə olunmalıdır. Bu məsələ yeni çağın ən önəmli tələblərindəndir.
5. Repetitorloğun təhsildə oynadığı mənfi rolun aradan qaldırılmasında çıxış yolu müəllimin əməkhaqqının artırılması və məktəblinin gözündə ondan maddi cəhətdən asılı olmayan müəllimin sözünün daha keçərli olmasıdır. Eyni zamanda, gəliri yüksək olan müəllimin fikrini maddi problemlərinin həlli yollarına deyil, öyrətim prosesinə yönəldəcəyi şübhə doğurmur.
6. Məktəblərdə kiçik yaşlarından məktəblinin arzu və qabiliyyətini aşkara çıxarmaq, istedadını inkişaf etdirmək məqsədi ilə məktəb psixoloqunun olması vacibdir. Bu, həm də üçlü öyrətim və təlim-tərbiyə prosesində də gücləndirici amil kimi çıxış edəcək.
7. Təhsildə innovativ üsulların tədbiqindən əvvəl müəllimlərin bu üsulla bağlı təlimlərdə iştirakı, yeni üsulları öncə müəllimlərin mənimsəməsi olduqca vacibdir.
8. Məktəblinin istedad və bacarığını üzə çıxarmaq məqsədi ilə məktəblərdə müxtəlif sahələr (incəsənət, şahmat, təbiət elmləri, ədəbiyyat, coğrafiya və kosmos və s.) üzrə ciddi dərnəklərin təşkili müasir dövr üçün əhəmiyyətlidir.
9. Milli şüurun formalaşması, milli kimlik kimi vətəndaşın yetişməsində önəmli rol alan amillərin fundamental özülü Ana dilinin üzərində qurulur. Xarici dilin 5 və ya 6 yaşından (bağça dövrü də nəzərə alınarsa, 3 yaş) Ana dili səviyyəsində tədris edilməsi, bu məqsədlə rus dilində tədris bölməsinin dövlət hesabına fəaliyyət göstərməsi yolverilməzdir.
10. Elmin inkişafında artıq bir əngələ çevrilmiş Ali Attestasiya Komissiyasının ləğvi ilə bağlı əlaqədar qurumlara rəsmi müraciət olunmalıdır.