

Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
Uşaqların mobil telefon və sosial şəbəkələrdən istifadəsi ölkə boyu müzakirə olunur
Onlar ürək döyüntüsündən tutmuş oksigen səviyyələrinə qədər hər şeyi ölçürlər
Fransız alimlərindən xəbərdarlıq: “Alqoritmlər asılılıq dinamikası yaradır”
Onlar real həyatdansa, virtual aləmdə olmağa üstünlük verirlər
Asılılığının qarşısını alan yeni vasitə
Telefon şəbəkəsi kəsilərsə, insanlar özlərini təcrid olunmuş və narahat hiss edərlər
«Uşaqlar evlərdə, beton yığınlarının arasında həbs həyatı yaşayırlar»
Şifrələmə nöqsanı mesajları «ifşa edirmiş»
Telefonlar daha tez enerji yığacaq
Yatmazdan öncə telefonla oynamayın
Ehtiyatlı olun!
İlin sonunda mobil telefonların sayı 7 milyard olacaq
İnsan bədəni mobillər üçün cərəyan yaradacaq
Silahlı Qüvvələrdə kriptolu rabitə vasitəsilə danışacaqlar
Telefonunuza gələn kampaniya mesajları konturlarınız üçün təhlükəlidir
“AppStore” platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib. Gözlənilən idi.
Hazırda bu Holdinqə daxil olan “Vkontakte” sosial şəbəkəsi, “VK Play”, “VK Музыка”, “VK Клипы” “VK Мессенджер”, “VK Админ”, “Почта Mail․ru” və “Облако Mail.ru” mobil servisləri “AppStore” platformasında görsənmir.
VK özünün bir çox mobil tətbiqlərinin silinməsini təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib.
Qlobalda monitorinq aparan “Netblocks” da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq əlçatan olmadığını təsdiqləyib.
Düşünmək olar ki, “Apple”dən sonra qısa müddətdə “Google” də bu addımı atacaq və “Play” marketdən də adı çəkilən resurslar silinə bilər.
Belə olan halda bu resurslardan istifadə edən bizim vətəndaşlarımızı da ciddi problem gözləyəcək.
Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s.
Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir.
Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə (“Facebook”, “İnstagram”, “TikTok” və s.) qeydiyyatdan keçənlər var.
Baxmayaraq ki, hələlik “Google” bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyə ondan ibarətdir ki, “Mail.ru” dan istifadə edənlər ləngimədən digər servislərə (“Gmail” və s.) keçsinlər.
Məktubların daşınmasını Mail.ru-ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük.
“Mail.ru” datanı və kontaktları yeni “Gmail” ünvana köçürmək elə də problem yaratmır. “Gmail”də belə imkanlar nəzərdə tutulub.
Amma gərək bu addım zamanında atılsın.
Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı “Apple” şirkətinə sorğu göndərib.
Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur .
O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur.
Hansı ki, ata və oğul , hər ikisi sanksiya altındadır.
Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində
dayandırılıb.
P.S. Bir neçə gün öncə “Apple” və “Google” şirkətlərin keçmiş rəhbərləri Ukrayna Prezident administrasiyasında görüşlər keçirmişdilər.
Baş verənlərdə güman ki, bu görüşlərin də “ izi” olmamış deyil.
Müharibə başlayandan sonra “AppStore”dən Rusiyaya məxsus 7000 mobil tətbiqin silindiyi bildirilir.
P.P.S. Elektron Təhlükəsizlik Xidmətinin də bu məsələlərlə bağlı istifadəçilərə tövsiyəsi faydalı olardı.