vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TEXNİKA  
14:07 | 29 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İcimaiyyət hər şeyi bilməlidir”

İloan Mask “Twitter”lə bağlı sənədlər paylaşacağına söz verib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Twitter” sosial media platformasının yeni sahibi İlon Mask, sosial şəbəkənin “ifadə azadlığının məhdudlaşdırılması” ilə bağlı şirkət fayllarını tezliklə ictimaiyyətlə paylaşacaqlarını açıqlayıb.

Mask bildirib ki, ““Twitter”in ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı faylları şəbəkənin özündə dərc olunacaq. İctimaiyyətin əslində nə baş verdiyini bilmək haqqı var”.

Maskın şirkətə sahiblənəndən sonra keçmiş prezident Donald Trampın, konqresmen Marcori Taylor Grinin və reper Kanye Vest də daxil olmaqla, bir çox tanınmışın əvvəllər bağlanmış “Twitter” hesablarını açıb.

Mask noyabrın 23-də “Twitter qanunu pozmamaq və ya çoxlu spam göndərməmək şərti ilə dayandırılmış hesablara ümumi amnistiya təklif etməlidirmi?” sorğusunu keçirmişdi.

Sorğuda iştirak edən 3,1 milyon insanın 72,4 faizi “Bəli”, 27,6 faizi “Xeyr” cavabını vermişdi.