vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TEXNİKA  
13:14 | 7 dekabr 2022 | Çərşənbə Məqaləyə 921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aristoteli başa düşürsünzmü?

“Metafizika” – 2500 ildir təhlil olunan fəlsəfi cərəyan

Yalçın İSLAMZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Aristotel, yəqin ki, fikirlər tarixində ən əhatəli, dərin, uzunmüddətli təsirə malik olan filosofdur. Orta Əsrlərdə böyük hərflə “Filosof”, yazılanda Aristotel nəzərdə tutulub. İncillə Aristotelin fikirlərinin sintezinden kilsənin ortodoks görüşü yaranıb. Petrus Ramus yeni dövrün başladığını “Aristotel nə deyibsə, səhvdir” deyə elan edib. Qaliley yeni fizikanı Aristotel fizikasının səhv olduğunu göstərdikdən sonra qurub. Yeni fikirlər ya onun təsiri ilə, ya da onun təsirinə reaksiya olaraq formalaşıb.

2500 ildir Aristotelin geriyə qalan, 12 cild həcmindəki əsərləri öyrənilir, haqqında kitablar və məqalələr yazılır, müzakirə edilir, akademik tədbirlərdə təhlil olunur.

Marta Nussbaum Harvard Universitetindən klassik fəlsəfə doktoru adını almış filosofdur. Aristotel mövzusunda əsas araşdırmaçılardan sayılır. Xanım Nussbaum dəvət olunduğu “BBC Radio”nun proqramında Aristotelin “Metafizika”sının “eynilik, davamlılıq, məntiqi mühakimə qəlibləri, məkan, zaman, maddə və səbəb-nəticə əlaqələri” haqqında olduğunu deyir, fəlsəfəsini analiz edir.

Kitabxanaçılıq fakültəsi məzunu, bədii yaradıcılıqla məşğul olan biri isə iddia edir ki, “2500 ildir Aristotelin “Metafizika” əsərini başa düşən yoxdur”. Sonra işarə edir ki, “yavaş-yavaş mən başa düşürəm”.

Nə üçün Metafizika anlaşılmaz olmalıdır? Nə üçün əndrabadi fikirlər səsləndirən, formal fəlsəfə təhsili almamış, özünü filosof adlandırmaqla filosof kimi qəbul edilənlər qeyri-adi, sensasiyalı fikirlər səsləndirməklə filosof olduqları qənaətlərini gücləndirə bilirlər?

Bu gün fəlsəfə olduqca texniki, akademik bir sahədir, özünü filosof adlandırmaqla filosof olmaq olmur. 

Aforizmlər icad etmək, bəşəri dəyərlərə qarşı çıxmaq, elmi aşağılamaqla filosof olmaq mümkün deyil. Müdriklikdən yazan biri, elm tarixindən, elm fəlsəfəsindən, epistemologiyadan, elmi tədqiqatın mahiyyətindən, koqnitiv proseslərdən, neyroelmdən xəbərsizdirsə, necə idrakın xüsusi növü kimi müdriklikdən danışa bilər? 

Məsələn, “Aristoteli başa düşən yoxdur” deyən saxta filosof Marta Nussbaumu tanıyırmı, oxuyubmu? Aristotel haqqında yazan və bu mövzuda avtoritet sayılan neçə müəllifin əsərləri ilə tanışdır ki, “Dünyada Aristoteli məndən başqa başa düşən yoxdur” deyə bilir? İnsanlar reallıq hissini itirib özləri haqqında yüksək fikirdə ola bilərlər. Ancaq intellektual zirvələr, yüksəkliklər belə asan əldə olunmur. Gərəkdir ki, oxucular da diqqətli olsunlar, dahilik iddiasında olan hər kəsə stimul verməsinlər. Çünki onlar sonradan reallıq hissini itirib, dövriyyəyə axmaq fikirlər buraxırlar.