İtaliya da qadağaya qoşulur
Uşaqların mobil telefon və sosial şəbəkələrdən istifadəsi ölkə boyu müzakirə olunur
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rəqəmsal asılılıq
Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
-
Smartfon qadağaları genişlənir
Şagird və valideynlər Avropa məktəblərindəki yeni qaydaları “köhnəlik” adlandırır
-
Avropada smartfon qadağası böyüyür
Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə ilə bağlı qərar
-
Ağıllı saatların məlumatları nə qədər etibarlıdır?
Onlar ürək döyüntüsündən tutmuş oksigen səviyyələrinə qədər hər şeyi ölçürlər
-
“iPhone”da saat zəngi problemi
İstifadəçilər səs problemlərinə görə oyana bilmədiklərini deyirlər
-
“13 yaşına qədər uşaqlara smartfon verməyin”
Fransız alimlərindən xəbərdarlıq: “Alqoritmlər asılılıq dinamikası yaradır”
-
Şəxsi məlumatlarınız itə bilər
Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə
-
1 milyard insanı gözləyən risk
Yüksək səsli musiqi eşitmə qabiliyyətinə ciddi təhlükədir
-
Demədiklərim…
Gözü özgəsində olanın sözü də özgəsinin olar... - ll yazı
-
Nokianın yeni modelləri
«Polad kimi möhkəm» «8 Sirocco» və «nostalji hissi oyadan» «Matrix 8110» təqdim olunub
-
«Samsung Galaxy S9» gəlir...
Təqdimat Las-Veqasda baş tutacaq
-
Uşaqlar smartfonun əsirliyində
Onlar real həyatdansa, virtual aləmdə olmağa üstünlük verirlər
-
QİÇS-dən təhlükəli «xəstəlik»
Yüksək texnologiyalar insanları zombiləşdirir
-
Batareyasız çalışan telefon
Qur]u enerjini ətraf radiosiqnallardan və işıqdan alır
-
Mesaj yazmaq üçün də dərslər keçiləcək
Asılılığının qarşısını alan yeni vasitə
-
Bir bu yox idi
Yaponlar smartfona qoşulan ağıllı ayaqqabılar icad etdi
İtaliyada uşaqların smartfonlardan istifadə etmələrini və sosial media hesablarına sahib olmalarını qadağan etmək üçün başladılan petisiya mübahisələrə səbəb olub. Təhsil naziri Cüzeppe Valditara da İtaliyada müəyyən yaş qrupunda olan uşaqlar üçün mobil telefon və sosial mediadan istifadəni qadağan etmək üçün bir qrup mütəxəssis və sənətçinin başlatdığı kampaniyaya dəstək verib.
İtaliya mətbuatında yer alan xəbərə görə, pedaqoq Daniele Novara və psixoterapevt Alberto Pellai tərəfindən 14 yaşından kiçik uşaqların cib telefonuna, 16 yaşından kiçik uşaqların isə sosial media hesablarına sahib olmasının qarşısını almaq məqsədi daşıyan imza kampaniyasına İtaliyanın məşhur simaları da dəstək verib.
Rejissor Paola Kortellesi ilə yanaşı, Alba Rohrvaçer, Stefano Akkorsi və Luka Zingaretti kimi italyan aktyorlar da kampaniyaya qoşularaq, uşaqların cib telefonlarından və sosial mediadan qorunması lazım olduğunu bildiriblər.
Sağçı koalisiya hökumətinin təhsil naziri Valditara da ANSA agentliyinə verdiyi açıqlamada məşhur adların bu açıqlaması ilə razılaşdığını bildirib: “Bu, getdikcə beynəlxalq səviyyədə paylaşılan bir münasibətdir. Mobil telefonlardan və sosial şəbəkələrdən erkən istifadənin vurduğu zərər indi hər kəsə aydındır”.
Valditaranın fikrinə baxmayaraq, gənclər və idman naziri Andrea Abodi sosial şəbəkədəki paylaşımında qadağanın düzgün yol olmadığını və məsələnin dialoq yolu ilə həll edilməli olduğunu bildirib.
Məsələni gündəmə gətirən şəxslərdən biri olan pedaqoq Novara “La Repubblica” qəzetinə uşaqların cib telefonu və sosial mediadan istifadə etməsi ilə bağlı vəziyyətin nəzarətdən çıxdığını, bunu bilmək üçün mühüm tədqiqatlarda öyrənmə qüsurunun artmasına baxmağın yetərli olduğunu söyləyib.
Novara bildirib ki, ən qorxulu problem uşaq və gənclərin təcrid vəziyyətində qalmasıdır.
Dünən “La Repubblica”da dərc edilən bir araşdırma, 11-19 yaşlı uşaqların yüzdə 47-nin gündə 5 saatdan çox vaxtını internet tətbiqlərinə sərf etdiyini və bu nisbətin 2020-ci ildə yüzdə 30 olduğunu ortaya qoyub.
İtaliyanın Təhsil Naziri Valditara iyul ayında verdiyi açıqlamada, yeni tədris ilindən orta məktəbə qədər təhsil də daxil olmaqla, hər hansı bir məqsədlə sinif otaqlarında smart telefonların istifadəsini qadağan edən bir sənəd imzaladığını açıqlamışdı.