

Bir müəllim dünyanı necə dəyişə bilər sualının möhtəşəm cavabı
... Yaxud Üsküdarlı Bilgə Yusiflə və yunan balıqçı Stelyonun hekayəsi
Avropa mədəniyyətinin pərəstişkarı olan Türkiyə cümhuriyyətinin qurucularından İsmət İnönünün Avropa xatirələri
Suriya hökuməti kürd məsələsini diplomatik yollarla həll etməyin tərəfdarıdır
Yaxud Süleymaniyə məscidi, Səfəvi dövlətinin qiymətli daşları və xoş niyyətə qarşı təkəbbür
Atatürkü özündən çıxaran qətl və şəriət hakimiyyəti istəyən xurafatçı “dərviş”
İran türkiyəli sürücülərə qarşı tətbiq etdiyi qaydadan geri çəkildi
Meyiti 10 il basdırılmayan, Osmanlı imperiyasının sonuncu xəlifəsi
Rəcəb Yazıcıoğlunun idarəçilik metodları Türkiyə universitetlərində tədris olunur
... Yaxud “Nə var e Vanda?”
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
Baydenin şam yeməyinə qatılmayıb
6 ölkə diqqət mərkəzindədir
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
Dünyada yeni oyun qaydaları bərqərar olacaq, yeni “Podstam, Yalta, Helsinki” baş tutacaq. Bu sürəcdə ən vacib məsələ odur ki, Cənubi Qafqazda hər 3 Respublika eyni cərgədə, safda yer alsın. Əgər elə olmasa, Cənubi Qafqazda sabitlik, əmin-amanlıq və sülh mümkün olmayacaq.
Əgər yeni düzəndə ABŞ və Rusiya eyni cərgədə yer alsa (gülməyin, hətta bu ehtimal da var – hər ikisi Çinə və İrana qarşı olan cərgədə yer ala bilər), bölgəmizdə qarşıdurma açıq yox, altdan gedəcək. Yox əgər ABŞ və Rusiya fərqli cəbhələrdə yer alıb möhkəmlənib koalisiyalar qurmağa davam etsələr, o zaman Cənubi Qafqaz yeni, daha kəskin qarşıdurma məkanına çevriləcək ki, buna yol vermək olmaz.
Bu gün Rusiya və İran strateji müttəfiqlik müqaviləsi bağlayır, bu sənədin iki mənası var – əgər Rusiya ABŞ-la anlaşsa, həmən İranı satacaq və ya İran ABŞ-la anlaşsa Rusiyanı satışa çıxaracaq. Yox əgər hər ikisi ABŞ-la anlaşa bilməsə, “biz müttəfiqik” deyib, saf tutacaqlar.
Azərbaycan Cənubi Qafqazda yönünü açıq və sənədlərlə bəlli edən yeganə ölkədir – Türkiyə ilə strateji müttəfiqlik, hərbi-siyasi, iqtisadi inteqrasiya, məsələlərə və problemlərə birgə baxış. Türkiyə həm də NATO ölkəsidir – bunu da unutmamaq lazımdır.
Gürcüstan, hələ də, Qərbyönlü ölkədir, indi Qərblə problemli dövrüdür, amma içi-içə olduğu dövrdə belə, 2008-də Qərb Gürcüstanı qorumadı-qoruya bilmədi. Gürcüstan indi təhlükəsizlik “çətiri” axtarır və “çətir” dəqiq Rusiya deyil-ola bilməz. Deməli, Gürcüstan üçün də Türkiyə eyni rolu oynaya bilər, həm də ona görə ki, Gürcüstanın ən böyük ticarət tərəfdaşı, ən çox investisiya qoyan ölkələrdən biri məhz Türkiyədir. 2024-cü ildə Gürcüstanın Türkiyə ilə ticarət dövriyyəsi 2,5 milyard dollara olub ki, bu da açıq-ara 1-ci yer deməkdir. Əgər Azərbaycan-Gürcüstan ticarət və investisiya əlaqələrini də Türkiyə ilə münasibətlərin üzərinə gəlsək, Türkiyə-Azərbaycan tandemi Gürcüstanın 1 nömrəli ticarət tərəfdaşı, 1 nömrəli investoru, 1 nömrəli vergi ödəyiciləridir. Yəni, təbii olaraq, Türkiyə və Azərbaycan dost Gürcüstanda sabitliyin və inkişafın, sülhün olmasını ən çox istəyən ölkələrdir. Dolayısı ilə, Türkiyə Gürcüstanın təhlükəsizlik “çətiri” ola bilər, bunun üçün orqanik şərait var.
Qalır Ermənistan – bu ölkə vurnuxur, 150-200 illik “rus çətiri” dəlmədeşik olub, işləmir, amma Ermənistan bu gün Cənubi Qafqazda Rusiyadan bütün sahələrdə ən çox asılı olan, Rusiyanın asanlıqla “boğa” biləcəyi yeganə ölkədir. Rusiyanın Ermənistanda olduğu qədər heç bir Cənubi Qafqaz ölkəsində iqtisadi aktivləri, agentura şəbəkəsi, siyasi və ictimai təşkilatları yoxdur. Ermənistan bunu AB və ABŞ ilə kompensasiya etmək istəyir – çətin, hətta, mümkünsüz yoldur. Ermənistan dərindən düşünüb özləri üçün yazdıqları və buna inandıqları tarixi yaddaşa söykənmədən reallıqları görə bilsə, bu ölkə üçün də təhlükəsizlik “çətiri” Türkiyə ola bilər, hətta olacaq da. Sadəcə, bunu nə qədər tez anlasalar yaxşı olar, həm özləri “çapalamazlar”, həm də Cənubi Qafqaza dayanıqlı sülh, iqtisadi rifah gələr və NATO ölkəsi olan Türkiyənin Cənubi Qafqazda Rusiyanın maraqlarını Azərbaycanla birgə necə son illər “baltalayıbsa”, elə də tamamən sıxdırılmasında əsas “skripkanı” gözəl ifa edə bilər.
Bu həm də elə Qərbin istəyinə uyğundur, yəni, Ermənistan Qərbə ancaq Türkiyə üzərindən inteqrasiya edə bilər və Türkiyəni Qərb kimi qəbul edib davansa, yaxşı olar. Çünki, bir daha yazmışdım, bir dəfə də deyim – Cənubi Qafqaz ölkələrinin AB üzvlüyü ANCAQ bir halda mümkündür ki, Türkiyə AB-yə üzv olsun. Başqa yol yoxdur, axtarmağa da dəyməz, ona görə ki, mümkün deyil...