

Qonşu ölkələrin Türkiyə istehsalı PUA-larla silahlanması rəsmi Dehlinin yuxusunu qaçırdıb
Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Hollandiya Ukraynanın PUA istehsalına dəstək olacaq
Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq
Lazerlər və PUA-larla bağlı inqilabi hərbi innovasiya
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
Bir gecədə 67 uzaqmənzilli uçuş aparatı qeydə alınıb
ABŞ ordusu 1 milyard dollar dəyərində PUA-nın tədarükü ilə bağlı müqavilə imzalayıb
Zibilləri də yığacaqlar
24 saat ərzində ikinci hadisə
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
ABŞ-ın kosmik dronu Yerə qayıtdı
“TB-2” zərbə dronları mümkün münaqişədə hansı rolu ola bilər?
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
Azərbaycan İsraildən erməniləri təşvişə salan «Orbiter 1K» kamikadze dronları alacaq
Xatırlayıram ki, bir neçə il öncə “4MAPS Bilgi Teknolojileri MMC” Azərbaycanda böyük layihələr reallaşdıracağıını elan etmişdi. Şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu da verilmişdi. 750-1500 nəfərlik iş yeri açacağını bildirmişdi.
“Pulsuz işlər” görəcəyini bildirsə də iki böyük tenderin də qalibi olmuşdu. Toplam 10 milyon manat vəsait əldə etmişdi. “Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi” və “Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları ərazisində PUA vasitəsilə Lidar çəkilişlərinin aparılması, 3D stereo modelin yaradılması, vektorlaşdırılması, naturada məlumatların toplanması və 3D ölçülü rəqəmsal kadastr xəritələrinin hazırlanması” işləri görülməliydi.
Xatrlayıram ki, Qarabağla bağlı coğrafi adların müəyyən edilməsi və dilimizə dəyişdirilməsi, xəritə dəyişiklikləri üzrə məlumat bazasının toplanması və qlobal xəritələrdə dəyişdirilməsi ilə bağlı bir neçə hökumət qurumları tərəfindən reallaşıdrılan işlərini də öz adına çıxmışdı.
Hazırda, Milli Məkan Məlumatları infrasturkturunun qurulması ilə bağlı hökumətin real işlərə başladığı indiki anda “4MAPS”ın harada olması, ötən layihələri ilə bağlı görülmüş işlərlə tanış olmaq istədim.
Lakin heç bir məlumat əldə etmək mümkün olmadı. Şirkətin köhnə ofisinin yerləşdiyi binaya yapışdırılan adının da oradan çıxarıldığı, ümumiyyətlə bu ofisdən çıxdığı bildirilir.
Azərbaycan reallığında bu tip “pulsuz işlər görən”, “tenderlərdə” xeyli vəsaitlər mənimsəyib, işləri yarımçıq qoyub sonradan ölkəni tərk edən və indiyədək tapılmayan şirkətlər olub.
Xatırlayıram ki, torpaqların elektron kadastrı sisteminin və rəqəmsal kadastr xəritələrinin hazırlanması üçün on illər öncə hansısa bir “Kutlubey Harita İnşaat Muhendislik Sanaye Ticaret LTD” şirkətinə də 100 milyondan çox vəsait vermişdik. Lakin sonradan onu da tapmaq mümkün olmadı və qeyd olunan işlərin əksəriyyətini müvafiq dövlət qurumları yenidən yerinə yetirməli oldu.
İndi hökumət Milli Məkan Məlumatları infrastrukturunun qurulması kimi nəhəng bir layihəyə start verib. Kritik infrastruktura daxil edilə biləcək, yetərincə faydalı və strateji bir layihədir.
20 milyon bu layihəyə vəsait ayrılıb. Bu dəfə nəhayət ki, hökumət bu cür strateji bir layihəni yerinə yetrimək üçün, doğru addım ataraq yerli şirkət seçib. Ölkənin ən böyük İT şirkətlərindən olan “CASPEL” şirkəti bu nəhəng işi görəcək.
Maraqlı məqam odur ki, Milli Məkan Məlumları üçün güman ki “4MAPS”ın dövlət vəsaiti hesabına hazırlamalı olduğu verilənlər bazasına ehtiyac olacaq. Görəsən belə bir baza varmı, qeyd olunan işlər görülübmü və “CASPEL” şirkəti, yaxud “İN 4MAPS”ı tapıb ondan bu bazanı ala biləcəkmi? Yoxsa “CASPEL” həmin işləri yenidənmi görməlidir?
Ümid edirəm “4MAPS” də “Kutlubey Harita” …. “ kimi olmayacaq və gördüyü işlərin hesabatını təqdim edəcək.