İTV-də yeyinti
Hesablama Palatası daha bir dövlət qurumunun fəaliyyətində maliyyə nöqsanları aşkarlayıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Stalinin tabusu yaşayır
“Alman ruhu”, “İngilis tarixi”, “Fransız inqilabı”nı normal qəbul edənlərin yuxusunu “Türk qanı” qaçırıb
-
“Büdcə zəfi”ndəki rəy ...
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
-
3 ilə 22 faizi məhv olan qoruq
Hirkan meşəsi üzərindən də duman dağılacaq
-
“Şahdəniz” proqnozları üstələdi
İstehsalat planı 106,2 faiz yerinə yetirilib
-
Bahar yatağının gəliri 4 dəfədən çox olub
Amma bəzi quyularda hasilat gözləniləndən aşağıdır
-
Dünyada təmiz dil qalıbmı?
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
-
Balakişi Qasımov yenidən İTV-də
Seçki gizli səsvermə ilə keçirilib
-
İTV-nin ədalətli araşdırma tələbi
Azərbaycana qarşı ikili standartlar, yoxsa ...
-
“Heç bir texniki problem olmayıb”
İTV “Eurovision-2022” müsabiqəsindəki qalmaqalla bağlı açıqlama yaydı
-
“Kadr islahatları olacaq”
“İşləməyi bacaranlar narahat olmasınlar”
-
İTV-yə sürpriz təyinat
Cəmil Quliyevi Balakişi Qasımov əvəzlədi
-
Şərifovla Rüstəmovun limiti
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
-
Hesablama Palatası ilə hesablaşmayanlar...
Rusiyada HP-nin təqdimatı qubernatorların dərhal həbsi üçün əsas sayılır, Azərbaycanda isə...
-
Hesablama Palatasına yeni səlahiyyətlər
Təzə qanun hazırlanır
-
«Yaxşı ki, indi onlar yoxdur»
Əli Həsənov: «Cəmiyyətə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur»
-
Şəmsəddin Hacıyevin günəşi sönür
Baş prokurorluq qaldırdığı cinayət işində deputatın adı hallanır, şəfəqin batdığı üfüqdə həbs təhlükəsi görünür
Azərbaycan Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin fəaliyyətində bəzi maliyyə nöqsanları, qanunsuz vəsait xərclənməsi faktı aşkarlayıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda göstərilib ki, şirkət tərəfindən bir sıra xərc istiqamətləri üzrə əhatəli iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, normativ-hüquqi aktların tələbləri, müqavilə öhdəlikləri gözlənilmədən növbəti illər üçün proqnoz rəqəmləri hazırlanıb və büdcə təkliflərinə daxil edilib. Bəzi xərc istiqamətləri üzrə vəsait nəzərdə tutulduğundan az və ya çox icra edilib, nəzərdə tutulmuş subsidiya proqnoz sənədlərində göstərilməyən istiqamətlərə yönəlib. Yoxlama zamanı aşkar olunub ki, subsidiyalar əsasən cari xərclərin tənzimlənməsi üçün nəzərdə tutulduğu halda, əsaslı xərclər daim üstünlük təşkil edib.
2011 və 2012-ci illərdə Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitlər təyinatı üzrə deyil, televiziya, kino və digər texniki avadanlıqların alınmasına sərf olunub.
Şirkətin strukturu, ştat cədvəli, ştat vahidləri, işçilərin sayı və əmək haqqı məbləğləri müvafiq normativ aktlarla müəyyən edilmədən, hüquq müəyyənedici tənzimləmə olmadan yalnız baş direktor tərəfindən müəyyən edilib. Maliyyə planı və xərclər smetası, eyni zamanda sərbəst mənfəətin xərc istiqamətləri Direktorlar Şurasının müvafiq qərarı ilə müəyyənləşməyib.
Hesablama Palatası tərəfindən şirkətdə aparılmış bundan əvvəlki yoxlamanın nəticələri üzrə müəyyən edilmiş nöqsanların da tam aradan qalxmadığı aşkarlanıb.
Qonorarların ödənilməsi və verilməsi şərtlərinə dair də hər hansı normativ baza işlənilmədiyi, yerinə yetirilmiş işlərin hesabatının aparılmadığı, qonorarların ödənilməsi üçün əsasların rəsmiləşdirilmədiyi qeyd olunub. Veriliş, film və digər yaradıcı əsərlərin istehsalında yaradıcı heyətə aid edilməyən şəxslərin adı xərc smetalarına daxil edilib, Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmadığı halda qonorar ödənilən şəxslərin siyahısına Şirkətin mərkəzi aparatının və təsərrüfat bölməsinin müxtəlif işçiləri daxil edilib.
Dövlət tərəfindən subsidiya kimi ayrılan vəsaitdən Şirkətin balansında olan “Ekran” İstirahət Mərkəzinin işçilərinə əmək haqqı və mükafat, eləcə də qonorar kimi ödənişlər, habelə həmin istirahət Mərkəzinin kommunal xərcləri ödənilib.
İşçilərə və digər yaradıcı şəxslərə ödənilən qonorardan sığorta haqqı tutulmayıb.
Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edib, həmin qərar İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib.
Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib.
Qeyd edək ki, yarandığı dövrdən 2013-cü il aprelin 23-ə qədər İTV-nin baş direktoru İsmayıl Ömərov olub.