Komitədən sərt qərar
87 sahibkarlıq subyektində məhsul istehsalı və satışı qadağan edilib
lent.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Narahatlıq və xəstəlik mənbəyi
Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır
-
«Müdaxilə edə bilmirik»
Yanacaqdoldurma məntəqələrində nöqsanlar var...
-
«Restoran mafiyası»na qarşı dava
«Heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəklə düşür»
-
Şagirdi fəhləyə oxşadan formalar
Vahid məktəbli geyimdə Azərbaycanın dövlət rəmzlərinin yerinə istehsalçının emblemi olması gülüncdür
-
Üstü bəzək, altı qara - Niaqara
Məşhur restoranın qidalarında bağırsaq çöpləri tapılıb
-
«Qara çörəyə kofe qatmırlar»
Komitə sözçüsü: «Qiyməti bazar tənzimləyir»
-
Vətəndaşlara xəbərdarlıq!
Süd məhsulları ilə bağlı tələblərin pozulması aşkar olunduqda ciddi tədbirlər görüləcək
-
Növbəti halal açıqlaması
Komitə toyuq məhsullarına veriləcək sertifikat müraciətlərinə baxır
-
Kənd toyuğu fırıldağı
Boreyler məhsullarını kənd istehsalına «çevirən» texnologiya «icad olunub»
-
Azərbaycan məxfi silahlarında dəyişiklik
«Həmin standartlar hazırda MDB ölkələrində tətbiq edilir»
-
Şeyxlə sədrin kolbasa davası
QMİ bəyanat yayaraq komitəni suçladı; Ramiz Həsənovsa geri çəkiir
-
«Köhnə maşını ver, təzəsini apar»
Kampaniya nə vaxt başlayır?
-
«Halal» mübarizəsi
«Məqsədimiz istehlakçı hüquqlarını qorumaqdır»
-
Yay vaxtına keçdik
Saatların əqrəbləri 1 saat irəli çəkildi
-
«Azərbaycanda halal kolbasa və sosis var»
Qafqaz Müsəlmanları İdarəsi Ramiz Həsənova cavab verdi
-
«Kolbasalar halal deyil»
«Bizdən bu standartı alan müəssisə olmayıb»
Bu ilin ilk 5 ayı ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin müvafiq şöbələri və Ərazi İdarələri tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün 619 sərəncam verilib.
Lent.az-ın verdiyi məlumata görə, Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov söyləyib.
Aparılmış yoxlamaların 280-ni ərzaq məhsullarının, 191-i qeyri-ərzaq məhsullarının istehsalına, 148-i metroloji nəzarətə aid olub. Bunlardan 58-i tibb müəssisələrində göstərilən xidmət səviyyəsinə nəzarət, 61-i çörəyin keyfiyyətinin yüksəldilməsi ilə bağlı çörək istehsalı müəssisələrində nəzarətin payına düşür. Aparılmış yoxlamalar nəticəsində 393 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən və antisanitariya şəraitində məhsul istehsal olunduğuna görə müəssisələrə 393 iradnamə və istehsalın qadağan olunması barədə 212 partiya tələbnaməsi, 87 sahibkarlıq subyektində məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib. Ümumilikdə 134 sahibkarlıq subyektində protokol tərtib edilib, bunlardan 50-nə xəbərdarlıq olunub, 29-u aidiyyəti üzrə məhkəmə icraçılarına göndərilib. Tətbiq olunmuş cərimələrin ümumilikdə miqdarı 115.500 manat olub.
Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 23.980 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 219 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib. Xidmətin Ərzaq məhsullarının keyfiyyətinə nəzarət şöbəsi tərəfindən keyfiyyəti və təhlükəsizliyi normativ sənədlərin tələblərinə cavab vermədiyinə görə 17,28 kq süfrə xardalı, 7187 ədəd müxtəlif nişanlı uşaq qidaları, müxtəlif adlarda şərablar, ümumi dəyəri 137,15 manat olan müxtəlif çörək, bulka və qənnadı məmulatları, 720 kq ümumi dəyəri 2880 manat olan kolbasa məmulatları satışdan çıxarılıb. Ümumilikdə 337.28 kq, ümumi dəyəri 3017.15 manat olan ərzaq məhsulu dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib.