

Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
Vahid Mustafayev ANS-in açılmasından danışdı
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
Həcc ziyarətində müqavilədə bəzi şərtlər...
Əksəriyyəti tələblərə əməl etmir
+12, +18 və digər yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı
Qafqazın ilk şeyxi kim olub?
Onun da öz üsulları var ...
Allahşükür Paşazadənin qudası məlumatı təsdiqlədi
Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
Harvi qasırğası Luiziyana ştatına istiqamət götürüb
Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı
BİU-da tələbə qəbulunda da artım var
Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası efirində Ramazan ayında azanın səsləndirilməsinin qadağan olunmasına münasibət bildirib.
Vaxt.az xəbər verir ki, MTRŞ sədri N.Məhərrəmli publika.az-a açıqlamasında deyib ki, Azərbaycan dünyəvi ölkədir və burada kim nə istəyirsə, onu edə bilməz. «Azanlar yalnız dini ibadət edilən binalarda, yerlərdə olmalıdır. Yoxsa ki hər kəs öz evində, televiziya kanalında, radiosunda və sairə azan verməli deyil. Ümumiyyətlə, bu məsələni jurnalistlər də anlayışla qarşılamalıdır. Yəni, bu məsələni lazım olmayan formada işıqlandırmaq bütövlükdə heç kəsə faydalı deyil. Yaxşı olar ki, azan ancaq dini ibadət olan yerlərdə, o cümlədən məscidlərdə verilsin. Yoxsa sabah kim harada istəsə, azan verər. Bu isə düzgün deyil».
Xatırladaq ki, sözügedən məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli AzNews.az-a açıqlamasında deyib ki, İslam dinin atributu olan azanın Ramazan ayında ANS kanalında səsləndirilməsi təmin olunacaq: «Azan İslam dinin atributlarındandır və onun Azərbaycanda səsləndirilməsi də bir müsəlman ölkəsi kimi vacibdir. Hesab edirəm ki, azanın ANS-də səsləndirilməməsinin səbəblərini araşdırmaq lazımdır. Mən bunun təfərrüatın bilmirəm və bu haqda geniş heç nə deyə bilmərəm».
Məsələ ilə bağlı ANS tərəfi hələlik mövqeyini bildirməyib.