«Müdaxilə edə bilmirik»
Yanacaqdoldurma məntəqələrində nöqsanlar var...
Qafar AĞAYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Narahatlıq və xəstəlik mənbəyi
Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır
-
«Sürücüləri aldadırlar...»
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət
-
«Restoran mafiyası»na qarşı dava
«Heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəklə düşür»
-
Şagirdi fəhləyə oxşadan formalar
Vahid məktəbli geyimdə Azərbaycanın dövlət rəmzlərinin yerinə istehsalçının emblemi olması gülüncdür
-
Üstü bəzək, altı qara - Niaqara
Məşhur restoranın qidalarında bağırsaq çöpləri tapılıb
-
«Qara çörəyə kofe qatmırlar»
Komitə sözçüsü: «Qiyməti bazar tənzimləyir»
-
Vətəndaşlara xəbərdarlıq!
Süd məhsulları ilə bağlı tələblərin pozulması aşkar olunduqda ciddi tədbirlər görüləcək
-
Növbəti halal açıqlaması
Komitə toyuq məhsullarına veriləcək sertifikat müraciətlərinə baxır
-
Kənd toyuğu fırıldağı
Boreyler məhsullarını kənd istehsalına «çevirən» texnologiya «icad olunub»
-
Azərbaycan məxfi silahlarında dəyişiklik
«Həmin standartlar hazırda MDB ölkələrində tətbiq edilir»
-
Şeyxlə sədrin kolbasa davası
QMİ bəyanat yayaraq komitəni suçladı; Ramiz Həsənovsa geri çəkiir
-
«Köhnə maşını ver, təzəsini apar»
Kampaniya nə vaxt başlayır?
-
«Halal» mübarizəsi
«Məqsədimiz istehlakçı hüquqlarını qorumaqdır»
-
Yay vaxtına keçdik
Saatların əqrəbləri 1 saat irəli çəkildi
-
«Halal bərəkət»də haram çıxdı
Süd məhsulları reseptlə deyil, gözəyarı hazırlanırmış
-
«Azərbaycanda halal kolbasa və sosis var»
Qafqaz Müsəlmanları İdarəsi Ramiz Həsənova cavab verdi
Bakıdakı yanacaqdoldurma məntəqələri ilə bağlı narazılıqlar, şikayətlər səngimir. Bu şikayətlər əsasən benzinin keyfiyyətsiz olması və sayğacda göstəriləndən az vurulması ilə bağlı olur. Şikayətlər gündən-günə artsa da, rəsmi qurumlar heç bir tədbir görməyə maraqlı deyillər.
Modern.az saytı məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.
Komitənin mətbuat katibi Fazil Talıblı da təsdiqləyib ki, yanacaqdoldurma məntəqəsindəki vəziyyətlə bağlı xeyli narazılıqlar müşahidə edilir.
«Komitənin 963 nömrəli çağrı mərkəzinə yanacaqdoldurma məntəqələri (YDM) ilə bağlı xeyli şikayətlər daxil olur. Bu şikayətlər əsasən yanacağın keyfiyyəti, həcminin maşınların çəninə YDM-in sayğacında göstəriləndən az vurulması və digər neqativ hallarla bağlı olur. Bu gün Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılması ilə bağlı qanun var. Bu iki il müddəti başa çatmayınca, heç bir yoxlayıcı qurum sahibkarlıq fəaliyyətində yoxlamalar aparmır. Yoxlanmasına icazə verilən sahələr ki var, onları da ölkə rəhbərliyi təsdiq edib. Bu siyahıda YDM işlədən sahibkarlarla bağlı heç bir məlumat yer tapmayıb. Əslində bu qanun çox inqilabi bir qanundur və sahibkarlıq subyektlərinin inkişafını hədəfləyən, onların fəaliyyət sahəsinin genişləndirilməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına və qeyri-neft sektorunun inkişafı istiqamətindəki siyasətə uyğundur.
Amma sahibkarlar bu qanunvericilik aktlarından öz inkişafları üçün istifadə etməlidirlər. Təəssüf ki, bəzi sahibkarlar şəraitdən sui-istifadə edirlər. Bu şikayətləri araşdırarkən bəlli olur ki, onlar məhz sui-istifadə hallarına yol verən sahibkarlar tərəfindən atılan addımlardan qaynaqlanır. Ona görə biz təəssüflə qeyd edirik ki, bu barədə açıqlama verə bilmirik.
2018-ci il yanvarın 1-nə qədər qanunun tələbləri qüvvədədir. Amma qanunvericiliyə uyğun olaraq işlər görülür, yanacaqdoldurma məntəqələri işlədən sahibkarlar digər qanunların tələblərinə riayət etməlidirlər, söhbət ölçmələrin vəhdəti haqqında qanundan gedir. Qanuna əsasən, hər YDM istifadə etdiyi ölçmə cihazlarını akkreditasiya olunmuş laboratoriyalarda yoxlatmalı və onların cihazlarının ölçmələrinin dəqiqliyi etalonla tutuşdurulduqdan sonra təsdiq olunma sənədini (şəhadətnamə) əldə edib istismar etməlidirlər.
Yoxlamaların olmamasından istifadə edən bəzi sahibkarlar, adını çəkdiyim qanunun tələblərini icra etməkdən boyun qaçırırlar, belə faktlar da var. Bəzi hallarda plombların qırılması və yanacağın satışı zamanı çəkidə aldatma faktları da komitə tərəfindən aşkar olunub, gələn müraciətlərin araşdırılması zamanı həmin o faktlar, həmin o sənədlər hüquq mühafizə orqanlarına göndərilib. Biz həmin sahibkarları qanunvericiliyə hörmətlə yanaşmağa və əməl etməyə, yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin kalibrlənməsini (işləməsini, dəqiqliyini) yoxlatmağa, özlərinin təşəbbüsü ilə laboratoriyalara müraciət etməyə və daha sonra həmin avadanlıqları istismar etməyə dəvət edirik.
Qaldı ki, yanacağın keyfiyyəti ilə bağlı məsələyə, ölkəmizdə yancaq istehsalı bir zavodda həyata keçirilir və o zavodun istehsal etdiyi yanacağın keyfiyyəti komitənin Sumqayıt şəhərində yerləşən Neft-kimya məhsullarının sınağı laboratoriyasında mütəmadi olaraq araşdırılır, sınaqdan keçirilir. Keyfiyyətində heç bir problem yoxdur. Xaricdən gələn yanacağın da keyfiyyəti eyni dərəcədə laboratoriya şəraitində yoxlanılır və sınaq nəticələrinə əsasən deyə bilərik ki, problem yoxdur.
Ancaq bir zavoddan götürülən yanacağa sonradan yanacaqdoldurma məntəqələrində əlavə qatqıların qarışdırılması, digər müdaxilələrin edilməsi, keyfiyyət standartının tələblərinin pozulması kimi addımlar atılması haqda heç nə deyə bilməyəcəyik.
Çünki bunu da yoxlaya bilmirik.
Yoxlamaların dayandırılması bizim, ümumiyyətlə yoxlayıcı qurumların yoxlama aparmağını məhdudlaşdırır. Bir daha qeyd edirik ki, bu addım təqdirəlayiqdir və bu sahibkarlığın inkişafına birbaşa istiqamətlənən addımdır. Ancaq sahibkarlar da gərək sui-istifadə hallarına yol verməsinlər. Sahibkarları bir daha ölkə rəhbərinin bu cür çağırışlarına adekvat cavab verməyə çağırırıq».