vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
CƏMİYYƏT  
Administrasiya dəyişikliklərində uduzanlar 18:17 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 2959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Administrasiya dəyişikliklərində uduzanlar

Məhərrəm Əliyev yanaşı bir neçə də vəzifəsiz qaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi Azərbaycan Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib və administrasiyanın bəzi vəzifəli şəxsləri yeni strukturda yer almayıb. Prezidentin imzaladığı sərəncamla təsdiqlənən yeni struktura əsasən Administrasiyada vəzifəsini itirənlər arasında prezidentin köməkçisi Tariyel Ağayev də var. Onun yerinə Cəmilə Abbasova təyin edilib.

Habelə İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev yeni strukturda yer almayıblar. Mail Rəhimov uzun illərdir Administrasiyada işləyirdi. Məhərrəm Əliyev isə 2012-ci ildə həmin vəzifəyə təyin olunmuşdu.