
Praqa razılaşması pozulur
Azərbaycan sülhməramlı missiyaya icazə verməyib
Azərbaycan sülhməramlı missiyaya icazə verməyib
Bakı toqquşan maraqların mərkəzində; Rusiya-Qərb çəkişməsi silah bazarına da sıçraya bilər...
Dilənçi hüquq müdafiəçiliyindən milyonçuluğa
Biznesmen Rəşad Qafarov bıçaqlanandan sonra yaralı vəziyyətdə qəza törədib
Biznesmen Rəşad Qafarov ölümündən iki gün qabaq Bakıda olub
Enerji sahəsində qarşılıqlı anlaşmaya dair...
«Ermənistanın Rusiya kimi təsəvvür edilməsi üçün hər şey edilir»
Zeman Rusiyaya qarşı sanksiyalara etiraz edir
«Provakasiya olduğunu anlayıb, tədbirin keçirilmə yerini dəyişdik»
İlham Əliyevin Sərkisyana sərt cavabı həm qürurvericidir, həm də ...
İlham Əliyev Sərkisyanın ağzından «vurdu»
İlham Əliyev Sərkisyanın ağzından «vurdu»
Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələrində mərhum Rəşad Qafarova dair qeyri dəqiq məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi bəyanat yayıb. Virtualaz.org həmin bəyanatı diqqətinizə çatdırır:
«Cari ilin 29 iyun tarixində Azərbaycan Respublikasının vətəndaşı Rəşad Qafarov Çexiyanın Praqa şəhərində özünə məxsus nəqliyyat vasitəsində cansız vəziyyətdə polis tərəfindən aşkarlanmışdır. Sözügedən məsələ ilə bağlı Səfirlik polis orqanları ilə əlaqə saxlayaraq, baş vermiş hadisənin təfərrüatları barədə məlumat əldə etməyə çalışmışdır. Baş verən hadisənin qətl hadisəsi kimi törədildiyi ehtimal olunur. Hal-hazırda Çexiyanın hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır. Səfirliyin konsulluğu tərəfindən mərhumun ailə üzvlərinə lazımı köməklik və dəstək göstərilir.
Bəzi Azərbaycan kütləvi informasiya vasitələrində mərhum R.Qafarovun Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin hər hansı bir nümayəndəsi ilə ortaq biznes maraqlarının olması ilə əlaqədar olaraq əsassız iddialar irəli sürülmüşdür.
Qeyd etmək istərdik ki, mərhum Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporasının fəal üzvlərindən biri olmuşdur. Mərhum Rəşad Qafarov artıq 2008-ci ildən Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış və çalışdığı sektorda kifayət qədər nüfuz sahibi olub.
İstintaq aparıldığı zaman KİV-lərdə qeyri-dəqiq məlumatın dərc olunması istintaqın gedişinə habelə, Azərbaycan Çexiyadakı fəaliyyətinə mənfi təsir göstərəcəyini zərər yetirəcəkdir. Bununla əlaqədar, məlumatların hər tərəfli yoxlanılması zəruridir».