
İLK BİRİNCİ
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi vacibdir. Amma Ermənistan nümayəndə heyətinin az qala daxili məsələlərdə ya Azərbaycanı və ya Türkiyəni günahlandırması regionda «qaydasız diplomatiya oyunundan» xəbər verir. Nəinki Praqa Sammitində hətta son aylar təşkil edilən bütün beynəlxalq tədbirlərdə ermənilər hətta Gömrük İttifaqına qoşulmaqlarında da Azərbaycanı suçlu olduğunu müxtəlif auditoriyalara çatdırmağa çalışırlar.
Öz ərazisində Rusiya hərbi bazasını
saxlayan və daimi olaraq Moskvadan silah yardımı alan Yerevan ötən yay
Azərbaycanın Rusiya arasındakı ticari anlaşmanı Ermənistanın Gömrük İttifaqına
qoşulmasının əsas səbəbi kimi göstərir. Buna nə ad vermək olar?
Nə isə demək çətindir. Biz təbii ki,
bütün görüşlərdə erməni arqumentlərini cavablandırırıq və Qarabağ məsələsində
nəinki Rusiyanın aqressiv siyasətini, hətta Qərbin də ikili siyasətindən
narahatçılığımızı bildiririk.
Aprelin 25-də Praqada baş verənləri izah
etmək üçünsə söz tapmaq çətindir. Ermənistan dövlət başçısı Şərqi Tərəfdaşlıq
Sammitində çıxışını Yerevanın Moskva ilə yaxınlaşması, Avropa Birliyi ilə
danışıqları dayandırması səbəbləri deyil, Türkiyənin ittihamına ünvanlanan qondurma
«soyqırımı» üzərində qurdu. Halbuki, nə Türkiyənin coğrafi baxımdan Şərqi
Tərəfdaşlıq Proqramına dəxli var, nə də qondurma «soyqırımı» nə zamansa
sözügedən proqramın gündəliyində olub.
Azərbaycan Prezidenti İlham Əliyevin isə «Türkiyə burada yoxdur, mən buradayam deyərək» Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürurvericidir, məncə, hətta bir neçə gün öncə baş naziri ermənilərə başsağlığı verən Türkiyə üçün də az əhəmiyyətli deyil.