
Gənc əhalisi çox olanlar avantajlıdır
Demoqrafik problemlər hər bir ölkə üçün fərqlidir
Demoqrafik problemlər hər bir ölkə üçün fərqlidir
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Başdan-ayağa sualdan ibarət statistika
Hər 100 manatın 5-i
Bir kvadratkilometrə 118 nəfər düşür
Proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir
Əksər qurumlarda boş vakansiyalar qalır
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
Azərbaycanda inflyasiyanın həddi açıqlandı
Ən çox zərərçəkənlər kişilərdir
DSK sədri belə deyir
26,4 faiz, yaxud ...
Meşə təsərrüfatının illik statistikası açıqlandı
Rəsmi statistika yayıldı
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
Dövlət Statistika Komitəsinin məlumatına görə, bir ildə Azərbaycanda adambaşına düşən alkoqollu içkilər 1.75 litr təşkil edir. Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda ümumilikdə 21 min 777 spirrli içki düşkünü (alkoqolik) qeydə alınıb. Onların 4 min 582 nəfəri 60 yaşdan yuxarı şəxslərdir. 18-24 yaşlarında olanların sayı 343 nəfərdir.
Azərbaycanda alkoqol düşkünlərinin əksəriyyəti kişilərdir, qadınların sayı isə 859 nəfərdir.
Qeyd edək ki, alkoqol düşkünü yalnız könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə, rəsmi qeydiyyata götürülür.
Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Modern.az-a deyib ki, iyul ayı daxil olandan 11 gün ərzində 10 nəfər sərxoş Mərkəzə gətirilib: «Onlar əsasən gecə növbəsində daxil olub. Ayıldıldıqdan sonra məsləhət alıb evə yazılıblar».
Şöbə müdiri qeyd edib ki, bu ay ərzində bir nəfər alkoqoldan zəhərlənmə diaqnozu ilə xəstəxanda müalicə alıb. Toksikoloq bildirib ki, Kliniki Tibbi Mərkəzdə il ərzində alkoqoldan zəhərlənmədən ölənlər olur: «Onlar əsasən küçələrdə yaşayan alkoqoliklərdir. İl ərzində gətirilənlər arasında iki ya üç ölüm faktı qeydə alınır».
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, 2017-ci il fevralın 16-da Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Fehruz Məhərrəmov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.