
50 TİR dondurma ixracı
İlk avtomobil yola salınır
İlk avtomobil yola salınır
İqtisadiyyat Nazirliyi: Təhlükəli məhsullar satışdan yığışdırılıb
Bəzi dondurmaların istehsalı dayandırıldı
Eyyub Hüseynov: «Ötən ildən qalan dondurmalar bu il yenidən satışa çıxarılır»
3 ay bu işlərlə məşğul olub, qışda «kefə baxmaq» mümkündür...
Nazirlik sexlərdə reydlər keçirib
Nazirlik sexlərdə reydlər keçirib
Nazirlik sexlərdə reydlər keçirib
«AER Company Group» MMC-nin istehsal etdiyi 11 adda dondurma çeşidi Səhiyyə Nazirliyi tərəfindən yoxlanılıb. Yoxlamalar zamanı AER məhsullarında bağırsaq çöpü tipli bakteriya aşkarlanmayıb. İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzində də dondurma nümunələri yoxlanılıb və məhsullarda insan sağlamlığına təhlükə törədən, normadan artıq heç bir hal aşkar edilməyib.
MMC-nin təsisçilərindən biri Adil Şərifov bildirib ki, müəssisə öz fəaliyyətini davam etdirəcək. «İqtisadiyyat Nazirliyi dondurmaları 14 parametrə görə yoxlayıb. 13-ü standartlara cavab versə də, yalnız birində nəticə yaxşı çıxmayıb. İqtisadiyyat Nazirliyinin əməkdaşları dondurma nümunələri satış mərkəzlərindən götürüb. Əslində isə, analiz nümunəsi mütləq istehsalat müəssisəsinin anbarından götürülməli idi. Məhsul mağazaya çatdırılana qədər xeyli yol keçir, əl dəyişir. Bu zaman nəticə heç vaxt düz çıxa bilməz. Bağırsaq çöpü tipli bakteriyalar çirkli mühit deməkdir. Bu bakteriyalar əlimizdə, avtobus tutacaqlarında, əksər yerdə var», - A.Şərifov söyləyib. (lent.az)