vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 mart 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
«Vaxtımız azdır» 15:33 | 4 avqust 2017 | Cümə Məqaləyə 1799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vaxtımız azdır»

Qurban Qurbanov: «Kopenhagen»nin gücü bəllidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan «Kopenhagen» də istisna deyildi». «Report»un məlumatına görə, bunu «Qarabağ» komandasının baş məqşçisi Qurban Qurbanov Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

45 yaşlı mütəxəssis ÇL-in qrupuna düşmək uğrunda qarşılaşacaqları Danimarka çempionu «Kopenhagen»i incələyəcəklərini söyləyib:

«Rəqibimizin gücü bəllidir, vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq».

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.


***


14:30

Bu gün futbol üzrə Çempionlar Liqasının «play-off” mərhələsinin püşkü atılıb.

VAXT.AZ-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu «Qarabağ» komandasının da rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisinin rəqibi «Kopenhagen» klubu olub.

Qeyd edək ki, «play-off» mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək.

Qarabağ ilk oyununu evdə keçirəcək.