vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 17 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
Prezident «Qarabağ»a 2 milyon manat ayırdı 16:35 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 2320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident «Qarabağ»a 2 milyon manat ayırdı

İlham Əliyev Azərbaycanın ÇL-ə çıxan ilk klubunu mükafatlandırdı

Prezident İlham Əliyev «Qarabağ» futbol klubunun UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb.

VAXT.AZ-ın məlumatına görə, sərəncamda deyilir: ««Qarabağ» futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.

Klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat fondundan «Qarabağ” futbol klubuna 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin».