
Nazirlik agentliyin hesabları yenidən donduruldu
«Turan» 37000 manat ödəməlidir
«Turan» 37000 manat ödəməlidir
Vergilər Nazirliyinin sensasion qərarı
Qurum Mehman Əliyevin həbsdən buraxılmasını alqışladı
Molla Nəsrəddinin sürprizi və ya jurnalistin müraciəti
Mehman Əliyev: «Bu, müəyyən bir dönüşdür, müəyyən korrektələr olacaq»
Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu göndərdi
Əflatun Amaşov: «Müraciətimizə həssas yanaşdığı üçün ölkə başçısına təşəkkürümüzü bildiririk»
Prezidentin köməkçisi: «Ölkə başçısının jurnalistlərə bağlı mövqeyi dəyişməzdir»
Ölkəni tərk etməmək şərti ilə ...
İlham Əliyev jurnalist barədə qətimkan tədbirinin dəyişdirilməsini tövsiyyə etdi
Jurnalistlərin mənzillə təminatı ilə Mehman Əliyevin həbsi arasında paralellər etikadan uzaqdır
Anar, Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Tofiq Zülfüqarov və daha kimlər Mehman Əliyevə görə Prezidentə müraciət etdi
Məhkəmə iclası qapalı keçirilib
«Mehman Əliyevin həbsi sizin jurnalistlərlə bağlı atdığınız addımlara beynəlxalq təşkilatlarda kölgə salınmasına əsas verir»
Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və İbrahim Nəbioğlu Prezident İlham Əliyevə müraciət etdi
Vergilər Nazirliyindən iddia: «148 min manat qanunsuz gəlir»
«Turan» İnformasiya Agentliyi fəaliyyətini dayandırdığı barədə bəyanat yayıb. Virtualaz.org-un agentliyin saytına istinadən məlumatına görə, qurumun direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.
«Yaranmış vəziyyəti nəzərə alaraq, «Turan»ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq.
Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək», - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə.