
Milliləşənlər getdi, real mənzərə göründü
Futzalı məhv edən Axundov milli hayında da deyil
Futzalı məhv edən Axundov milli hayında da deyil
… və Axundovun ifşası
… Yaxud Koroğlunun nizam-intizamsız dəliləri
Maksimovun əsəbləri dözmədi ...
Ramiz Məmmədovun ssenarisi ilə
... yaxud Prosineçkinin 36 saata qazandığı qədər...
Yaxud Zaur Axundovun təşkil etdiyi adqoydu mərasimi
Qumar? Qruplaşma? Qiyam? Qriqorçuksuz «Qəbələ»?
«Neftçi»nin çılğınlığı Bakının yox, Milanın «İnter»ini udması təəssüratı yaradır
... Yaxud insan həyatını heçə sayan «İnter»
Yaxud Kaxaber Tsxadadzenin Tərlan Əhmədovdan nəyi artıqdır?
İkili müqavilə yalnız bankirlərə ziyan vuracaq
«Klub bu addan hələlik brend kimi istifadə edəcək»
Avrokuboklarda komandalarımızın zəfər yürüşü davam edir
Klublarımızın Avroliqada uğurlu startı azarkeşləri sevindirdi; bu gün «Qarabağ» - «Samtredia» görüşüdür
Ruslan Abışov: «Oyuna yaxşı başlamadıq»
«İnter»in ekstravaqant idarəçiliynin ortaya çıxardığı əcaib nəticələr davam eləməkdədi. Yenə oyuna məcburən dəvət olunanlar var. Onlar stadiona girişdə şəxsiyyət vəsiqəsini göstərib, xüsusi təyin olunmuş adamların «qeydiyyatından keçərək» arenaya daxil olurlar.
Bu üsul, ikinci ev oyunudu ki, tətbiq edilir. Bu dəfə çox zəif oldu.
Görünür, «İnter»in Müşahidə Şurasının sədri Zaur Axundov ilk cəhddə dozanın artıq olmasının fərqinə varıb. Onda həddən artıq «azarkeş» var idi. Məzəli görünürdü. Stadion doludur, ancaq hamı harasa tələsir, fikri-zikri oyunda yox, evində, işində, hər haradadırsa...
Bu dəfə («Kəpəz»lə matçda) «iz azdırmaq» üçün daha az «azarkeş» cəlb olunmuşdu. Ancaq kolorit məqam yenə vardı.
Deməli, hardasa, 20-30 nəfər 30-40 yaşlarında qadın tribuna kandarında dayanmışdı. Onlar da məcbur gətirilənlərdən idi. Tribunaya keçib əyləşmir, yaxud meydançaya tərəf belə boylanmırdılar. Bir-biriylə söhbətləşən bu qadınlar bir neçə dəqiqə yola verib, evinə getmək istəyənə oxşayırdılar. Elə də oldu. Oyunun 15-20 dəqiqəsindən sonra həmin «azarkeş qrupu» stadiondan getdi.
Belə olmaz. Bu üsul yanaşmadan imtina eləmək lazımdır. Onsuz «İnter»in tribunaları heç vaxt dolmayıb. Süni iş isə dərhal sezilir və bəzən gülməli, ikrah hiss oyadır.
O qadınlar işdən çıxıb, evinə gedib, biş-düş eləməlidir, uşaqlarını səhmana salmalıdır, sabahkı iş gününə hazırlaşmalıdır. Niyə onları stadiona məcbur gətirdirsiz?
Nə olsun Nizami rayonu nəzdindəki idarələrdə çalışırlar və sizin onları stadiona zorla gətirmək imkanınız var...?!
İnanırıq ki, bu cür işlərlə deyil, Nizami Haciyevin niyə oynamaması, baş məşqçi Svanadzenin ona əsəbləşməyi ilə maraqlanarsız. Məvacib problemlərinin klub və komandadaxili hansı çatışmazlıqların əmələ gətirdiyini müəyyənləşdirib, aradan qaldırarsız. Zorən, ya da makiyajlı iş ayaq tutsa da, yeriməz, möhtərəm Axundov. (futbolpress.az)