
Mundialda niyə yoxuq?
Çünki AFFA-nın idarəetmə üsulu kin üzərində qurulub
Çünki AFFA-nın idarəetmə üsulu kin üzərində qurulub
Ekspertlər və mətbuat bir səslə komandalarını ikinci yeri tutmağa çağırır
Panama millisi dünya çempionatının qrup mərhələsi tarixində ilk qolunu vurdu
Mətbuat katibi Dünya Çempionatı ilə bağlı müsabiqədə qalib oldu
İran millisindəki tanımadığımız soydaşımız kimdir?
DÇ-2018-in ilk oyununda Rusiya Səudiyyə Ərəbistanının qapısından 5 cavabsız qol keçirdi
Dünya çempionatının keçiriləcəyi şəhərlərdə kabab bişirməyə qadağa qoyuldu
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
... həm də pul
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
Başlanmasına 200 gün qalan mundialın təqvimi də məlum oldu
Moskvada DÇ-nın püşkatma həyəcanı başlayır
Ruslar İngiltərə azarkeşlərinə hər oyundan əvvəl yalnız bir parç pivə verilməsini istəyirlər
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
«Zirə»nin «Facebook» səhifəsində klubun və millimizin üzvü Təmkin Xəlilzadənin müsahibəsi yer alıb. VAXT.AZ xəbər verir ki, müdafiəçi müsahibə zamanı DÇ-2018-in son seçmə oyununda qarşılaşdıqları Almaniya ilə görüş haqda danışıb.
- Almaniya məğlubiyyəti haqda fikirlərini öyrənək...
- Oyunun bizim üçün çətin olacağını əvvəlcədən bilirdik. Əslində, ilk hissə çox da pis deyildi. Sadəcə, ikinci yarıda meydan sahibləri təzyiqi artırdı və daha çox tab gətirə bilmədik.
- Fasilə ərəfəsində nə düşünürdüz, baş məşqçinin sizə xüsusi tapşırığı oldumu?
- Fasilədə Robert Prosineçki dedi ki, standart vəziyyətlərə fikir verin. Bir də geri qayıdan ikinci topları nəzərinizdən qaçırmayın. İstək başqa, reallıq başqa. Hamımız istərdik ki, nəyəsə nail olaq.
- Start heyətində yer alacağını gözləyirdin?
- Mən hər oyundan əvvəl özümü hazırlayıram ki, bu görüşdə əsas heyətdə meydanda çıxacam. Almaniya ilə oyundan əvvəl biləndə ki, start heyətində meydana çıxacam, ikiqat məsuliyyətlə hazırlaşdım. Çünki rəqib elə bir kollektivdir ki, ən xırda səhvlərdən belə, qol vurmağı bacarır.
- Komandamız hesabı bərabərləşdirdikdən sonra rəqib futbolçular arasında söz mübahisəsi yarandı...
- Onlar bizə irad bildirdilər ki, oyunçuları Mustafi yerdə qalıb, bəs niyə topu qırağa çıxarmadız? Biz də bildirdik ki, Ramil digər müdafiəçi ilə təkbətək çıxmışdı, həmin vəziyyətdə topu kənara atmaq düzgün olmazdı. Amma biz nə desək də, almanlar qəbul etməyəcək, çünki qol vurmuşuq. Gördük, nə desək xeyri olmur, axırda başını buraxdıq.
- DÇ-2018-in seçmə mərhələsində 10 xal toplamağımızı necə qiymətləndirirsən?
- Yaxşı nəticədir, hələ indiyə qədər 10 xalımız olmamışdı. Nəzərə almaq lazımdı ki, qrupda Çexiya, Almaniya və Şimali İrlandiya kimi ölkələr var idi. Ən çox ona məyus olduq ki, ilk 3 görüşdən 7 xal topladıq, arxası gəlmədi.
- Çıxış etdiyin klub «Zirə» hazırda Premyer Liqada iddialılar sırasındadır. Komandanın çempionluq şansını necə görürsən?
- Mövsümün başa çatmasına hələ 21 oyun var. İndidən qızıl medallar haqda danışmağımız düzgün çıxmazdı. Üstəlik qarşımıza «çempion olmalısınız» kimi bir məqsəd də qoyulmayıb.
- Almaniya ilə oyundan sonra Azərbaycan çempionatının görüşlərinə köklənmək çətin olmayacaq?
- Yox, millimizin öz yeri var, çempionatımızın öz yeri. Neçə illərdi Premyer Liqada top qovuruq, artıq öyrəşmişik.