
“Əsəbimdən yandırdım”
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Əvvəlkilərdə pozuntu olmazsa, vətəndaşlara 1, 3 və 5 illik turist vizaları veriləcək
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Üzv ölkələr Avropa Parlamentinin təsdiqlədiyi qərarı ilin sonuna qədər ratifikasiya etməlidir
Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-də Azərbaycana səfər edib. Rumen Radev Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşərək ikitərəfli əməkdaşlığın inkişafı yollarını müzakirə edib. Bolqarıstan prezidentinin Azərbaycana səfərinin çox böyük əhəmiyyəti olduğunu deyən İlham Əliyev iki ölkə arasındakı münasibətləri dost və tərəfdaş kimi qiymətləndirərək fikrini belə yekunlaşdırıb: «Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir». Prezidentlər görüşdən sonra ortaq bəyanatla çıxış ediblər.
Prezidentlər ilk olaraq etiraf ediblər ki, iki ölkə arasında ticarət mübadiləsinin həcmi azdır. Bu iki ölkənin əməkdaşlıq potensialına cavab vermir. Ona görə də bütün sahələrdə əməkdaşlığın inkişafı yolları araşdırılmalı və müvafiq qərarlar qəbul edilməlidir.
Birincisi, turizm sahəsində imkanlar genişdir və Bolqarıstan prezidentinin Bakıdakı görüşlərinin nəticəsi olaraq ilk vacib addım atıldı: Gələn il yanvarın 1-dən Sofiya ilə Bakı arasında ilk hava reysi açılacaq. Uçuşları aşağıbüdcəli «Buta Airways» aviaşirkəti həyata keçirəcək və qiymət bir tərəfə 29 avro olacaq. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək. Həftəlik və aşağıbüdcəli aviareyslər qarşılıqlı turist səfərlərinin sayını artırmalıdır. Bolqarıstanın Qara dəniz sahilindəki kurortları keçmiş SSRİ illərindən azərbaycanlılar arasında məşhur istirahət məkanları olub. Hazırda Azərbaycan vətəndaşları Şərqi Avropa ölkələrindən daha çox Çexiya və Macarıstan istiqamətlərinə üstünlük verirlər. Bolqarıstana uçuşların həyata keçirilməsi bu istiqamətin də populyarlaşmasına səbəb olacaq.
İkincisi, yaxın 6 ayda Avropa İttifaqında sədrlik Bolqarıstana keçəcək. Bolqarıstan prezidenti Bakıda qeyd etdi ki, Sofiya Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstək verəcək. Bu Azərbaycan üçün vacibdir. Çünki hazırda Bakı və Brüssel strateji saziş üzərində işləyirlər. Mümkündür ki, strateji sazişin imzalanması Bolqarıstanın Avropa İttifaqına sədrlik müddətinə təsadüf etsin.
Üçüncüsü, Bolqarıstan kənd təsərrüfatı istehsalında böyük təcrübəyə malikdir. Bu mənada prezident Rumen Radevin də qeyd etdiyi kimi Bolqarıstanın Azərbaycanın kənd təsərrüfatının inkişafına, kənd təsərrüfatında, xüsusilə emal sənayesində yeni texnologiyaların tətbiq olunmasına, Azərbaycanda əczaçılıq istehsalının inkişafının təşkilinə öz töhfələrini verə bilər.
Dördüncüsü, Bolqarıstan Azərbaycanın ideya daşıyıcısı olduğu və reallaşdırdığı «Cənub Qaz Dəhlizi» layihəsinə dəstək verir və bu layihənin əsas iştirakçılarındandır. Bolqarıstan Azərbaycan kimi alternativ enerji mənbələrinin və bu enerji rezervlərinin Avropaya çatdırılması siyasətinə dəstək verir. Təsadüfi deyil ki, prezidentlərin Bakıdakı görüşündə iki ölkənin Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq edildi. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng «Şahdəniz» yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Bu o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyində vacib rol oynayacaq. Digər tərəfdən rəsmi Sofiya Azərbaycanın Bolqarıstanın qazlaşdırılmasına və yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafında birgə işləməkdə maraqlıdır. Bu Azərbaycan üçün Bolqarıstanın enerji bazarında yaxşı imkanlar açır.
Beləliklə, Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfərini iki ölkə arasındakı əməkdaşlıqda yeni səhifə mərhələ adlandırmaq olar. Bolqarıstan həm Balkan yarımadasının, həm də Qara dəniz regionunda təhlükəsizlik və sabitlik mərkəzidir. Cənubi Qafqazda da eyni statusa Azərbaycan iddialıdır. Ona görə də Azərbaycan və Bolqarıstan iki bölgəni birləşdirən körpü rolunu oynaya bilər. Yetər ki, razılaşdırılan sazişlər yerinə yetirilsin.