Rusiyanın olimpiya və dünya çempionu üsyan edir
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
10:41 | 28 dekabr 2017 | Cümə axşamı
Məqaləyə 2879 dəfə baxılıb
Şriftin ölçüsü
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
«Rusiya Ermənistan adlı lokal quruma görə öz qlobal geosiyasi maraqlarını qurban verməməlidir». Bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından biri kimi tanınan, ictimai-siyasi xadim Aleksandr Duqin «Report»a müsahibəsində deyib.
Duqinin sözlərinə görə, 2017-ci ildə dünya birqütblü olmaqdan çıxıb, yeni oyunçular peyda olub. «Rusiya sübut elədi ki, çoxqütblü dünyanın qütblərindən biridir. Bakı ilə münasibətlərin yeni formatı da bununla müəyyənləşir. Azərbaycan rəhbərliyi dünyadakı qüvvələr nisbətində dəyişikliyi olduqca diqqətlə və dərindən dərk edir. 2017-ci ildə prezident İlham Əliyev sübut elədi ki, o, siyasətdə obyekt yox, subyektdir. O sırada Rusiyanın Türkiyə və İranla yaxınlaşmasında, yeni strateji oxun yaradılması məsələsində o, böyük rol oynadı», - deyə Duqin qeyd edib.
Duqinin sözlərinə görə, xaba, Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarət qütbünə çevrilir və regional siyasətdə onun rolu artır: «Ermənistan isə periferiyada qalacaq. İrəvan təcili şəkildə artıq çıxıb getməkdə olan qatara minməlidir. O zaman o, bölgənin geosiyasətində layiqli yerini tuta bilər».
Dağlıq Qarabağla bağlı gözləntilərdən danışan politoloq xüsusi qeyd edib ki, 2018 həm də Qarabağ münaqişəsinin nizamlanması baxımından çoxqütblü dünyanın qurulub qurtarmasında həlledici il olmalıdır: «Fikrimcə, Azərbaycan buna - bölgədə öz statusunu qaldırmağa hazırdır. Burada ilk növbədə Dağlıq Qarabağ problemini həll eləmək lazımdır - hansı problem ki, müəyyən mənada Azərbaycanın potensialını əngəlləyir. Bu, Rusiya-Azərbaycan əlaqələrində yeni bir yüksəliş olacaq».
Duqinə görə, istənilən konfliktin həllində iki mərhələ vacibdir: «Nəzəri həllin tapılması və ardınca implementasiya. Yəni həllin həyata keçirilməsi. Əslində nəzəri cəhətcə sıçrayış bir ildən çoxdur ki, baş verib. 5 rayonun Azərbaycana verilməsi haqda qərar 2016-cı ildə işlənib. Bu həllin nəzəri paradiqması bütün tərəfləri qane edir. Digər regional dövlətlər, hətta Qərb də ona qarşı deyil. Bunun həyata keçməsini isə yalnız erməni tərəfi ləngidir. Serj Sərkisyan hər dəfə bu implementasiyanı uzadır».
Daha sonra rusiyalı politoloq etiraf edir ki, Rusiya Ermənistanı ata bilməz: «Ermənistan bizim müttəfiqimizdir və buna şübhə yox. Ancaq məsələ ondadır ki, biz Ermənistan adlı lokal quruma görə öz qlobal geosiyasi maraqlarımızı qurban verməməliyik. Ermənistan bizim Türkiyə və Azərbaycanla münasibətlərimizdə sualtı daş ola bilməz».
Gələn il həm Azərbaycanda, həm də Ermənistanda prezident seçkilərinin keçiriləcəyini xatırladan Duqin deyib ki, 5 rayonun qaytarılmasının tarixi dəyəri qat-qat böyükdür, nəinki hansısa seçki debatları.
Onun əminliyinə görə, münaqişənin həllinin uzanması halında situasiya geridönməz şəkildə kəskinləşə bilər. «Ona görə də hesab edirəm ki, 2018-də Azərbaycanın 5 rayonunu qaytarmaq lazımdır... Əgər real nizamlama prosesi işə düşərsə, o zaman Rusiya ilə Azərbaycan arasında inteqrasiya güclənəcək. Bu heç də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə birbaşa daxil olması prosesi demək deyil. Bu, Rusiyanın regionda Azərbaycana və Ermənistana münasibətinin tarazlaşması demək olacaq».
Politoloqa görə, Moskva bölgədə sərbəst və tamhüquqlu oyunçu olacaq müstəqil və suveren Azərbaycanda maraqlıdır. «Biz hətta rusiyayönlü Azərbaycanda yox, azərbaycanyönlü Azərbaycanda maraqlıyıq. Azərbaycanın güclənməsi - Rusiyanın Türkiyə və İranla əlaqələrinin güclənməsi üçün imkan deməkdir. Bütün hallarda Bakı Moskva-Ankara-Tehran üçbucağı üçün strateji qapıdır. Bu ittifaqda Azərbaycan əsas konstruksiyaya çevrilməkdədir. Bu gün geosiyasi stavkalar olduqca böyükdür. Odur ki, hamımız ardıcıl hərəkət eləməliyik», - sonda o əlavə edib.
Siyasət şöbəsi