Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
11:45 | 15 mart 2018 | Cümə axşamı
Məqaləyə 2634 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Əvvəlcə müdafiə naziri, ardınca da baş nazir Bakıya səfərlərini başa vurdular. Beləcə, düşünmək olardı ki, Gürcüstan konteksindəki olaylara müvəqqəti pauza verildi.
Amma dərhal elə bu günlərdə dördtərəfli format çərçivəsində, Gürcüstanın da iştirakı ilə xarici işlər nazirlərinin də növbəti toplantısının keçiriləcəyi bildirildi. Deməli, pauzadan danışmaq tezdir, siyasətçilər və diplomatlar intensiv dialoqa və məsləhətləşmələrə ehtiyac duyurlar.
Doğrusu, Gürcüstan mövzusu çoxdan diqqətimizdədir. Təkcə son həftələrdə bu mövzuda bir neçə təhlil yazmalı olduq. Amma adama yenə də elə gəlir ki, hansısa deyilməmiş sözlər qalıbdır.
Xüsusən də ki, baş nazir Giorgi Kvirikaşvilinin Bakıdan hansı təəssüratlarla və ovqatla getdiyini bilmirik. Amma bir daha istərdik ki, o, da və eləcə də digər gürcü siyasətçiləri və diplomatları da bəzi incə mətləbləri unutmasınlar.
Yox, mən heç bir halda bir daha Gürcüstanla Azərbaycanın biri-biri üçün hansı önəm kəsb etdiyini, ələlxüsus da indiyədək Azərbaycanın bu ölkə üçün nələr etdiyini və onun müstəqilliyinin güclənməsi, onun ayaq üstə qalması üçün hansı dəstəkləri verdiyini xatırlatmaq fikrində deyiləm - yalnız onların iki etirafı unutmamalarını arzulayıram.
Birincisi vaxtilə E.Şevardnadzenin dilindən səslənmişdi. Bir dəfə E.Şevardnadze demişdi ki, bizim böyük qardaşımız var və o, Heydər Əliyevdir...
Digər bir etirafsa yenə də başqa bir eks-prezidentə, bu dəfə M.Saakaşviliyə məxsusdur. M.Saakaşvili də demişdi ki, mən köməyi, dəstəyi okeanın o biri tərəfində axtarırdım, amma onları Bakıda tapdım!
Düşünürük, bu etiraflarda Azərbaycanın Gürcüstan üçün etdikləri hər şeydən yaxşı kodlaşdırıb. Biz Gürcüstanın avrointeqrasiya meyllərini də yüksək qiymətləndiririk və ona bu yolda səmimi olaraq uğurlar diləyirik.
Di gəl, hətta Qərbin də indiyədək Gürcüstana verdiyi dəstək Bakının dəstəyi ilə müqayisə oluna bilməz, çünki Qərbin də dəstəyi olubsa da, o, daha çox siyasi xarakter daşıyıb - onun maliyyə tərəfləri haqqında gürcü siyasətçiləri özləri belə susmağa üstünlük verirlər...
Ona görə də biz də Gürcüstandan nəsə umanda gürcülər bilməlidir ki, buna mənəvi haqqımız çatır. Yox, demirəm ki, münasibətlərdə hansısa ciddi problemlər var. Belə şey yoxdur. Sadəcə, gürcü siyasətinin region və hətta dünya üzrə trayektoriyasını izləyəndə bəzən sual dolu məqamlar yaranır və istədiyimiz budur ki, belə suallar az olsun.
Təbii ki, bizim daha çox diqqət yetirdiyimiz Gürcüstan-Ermənistan münasibətləridir. Burada bəzən bəzi anlaşılmazlıqlar nəzərə çarpır. Bunu da anlayırıq. Siyasəti ayrı-ayrı insanlar formalaşdırır, onlar isə dini-etnik stereotiplərdən azad olmurlar.
Təəssüf ki, bəzi siyasətçilərdə təkcə bizim təbii ehtiyatlarımız, iqtisadi tərəqqimiz həsəd və qibtə doğurmur, həm də demoqrafik göstəricilərimiz də onları qorxudur; bunlar guya, nə vaxtsa türklərin içində «əriyib» yox olacaqlarından ehtiyat edirlər.
Düşünürük ki, Gürcüstandakı soydaşlarımızın qarşılaşdıqları problemlərin bir qismi, Tiflisin toponimika məsələlərinə izafi həssaslığı, azəri-türk adlarının sürətlə dəyişdirilməsi həm də bununla bağlıdır.
Ermənistana «meyllənməyin» bir səbəbi də budur ki, Tiflis də Ermənistandan ehtiyat edir, çünki ermənilərin bir barmağı da daim qonşu Gürcüstanı, daha doğrusu, Cavaxetiyanı qarışdırmaqdadır. İnanın, bir gün Kremldən komanda gəlsə ki, Cavaxetiya erməniləri də «qalxmalı» və «özünütəyinetmə» davası açmalıdır, bunlar qalxacaqlar, çünki xislətcə belə xain xalqdırlar. Həm də bütün Qafqazı utanmaz-utanmaz «tarixi Ermənistan»ın ərazisi sayır və xəyallarında daim onları «azad etmək»lə bağlı «plan»lar qururlar.
Kreml isə Gürcüstandan çox acıqlıdır. Hətta B.İvanişvilinin əlilə M.Saakaşvilini gürcü siyasi mühitindən tamamilə uzaqlaşdırandan sonra da istəklərinə nail ola bilmədilər, gürcülər hələ də Moskvanın az qala, xortdan kimi ehtiyat etdiyi Avropa strukturlarını, xüsusən də NATO-nu Qafqazadək çəkib gətirməkdə israrlıdırlar. Ona görə də Kreml qəzəblidir və hər an Tiflisə qarşı nəsə edə bilər.
Bu səbəbdən də bizim biri-birimizə əvvəlkindən də çox ehtiyacımız vardır və hazırda qismən fərqli geosiyasi müstəvilərdə qərarlaşsaq da, ən azı bölgə içrə maraqlarımız üst-üstə düşür.
Düzdür, Bakı daha GUAM müstəvisində əvvəlki kimi fəal deyil, üstəlik, Avropa səmtində də bir qədər fərqli siyasət yürüdür.
Amma Azərbaycanın xarici siyasəti çox rasional prinsip və meyarlar üzərində qurulubdur. Bakı hər şeydən əvvəl qonşu ölkələrlə əməkdaşlığa önəm verir. Gürcüstansa belə qonşulardan biri, bəlkə ən vaciblərindəndi.