
Tarixin ən bahalı imzası
Ronaldo “Əl Nassr”in ağılagəlməz təklifinə “hə” dedi
Ronaldo “Əl Nassr”in ağılagəlməz təklifinə “hə” dedi
“Spartak”a gəlmiş-getmiş ən mədəni baş məşqçi, ...
... və “Mançester Yunayted”i bitirən müsahibə
«Mançesterdəki həyatım fəlakətdir»
«Mançesterdəki həyatım fəlakətdir»
«Mançesterdəki həyatım fəlakətdir»
«Mançesterdəki həyatım fəlakətdir»
“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo yeni mövsümün ilk oyunundan sonra da göstərdi ki, xislətini dəyişmək niyyətində deyil.
İngiltərə Premyer Liqasının açılış oyunundan - “Lestrer”lə qarşılaşmadan sonra açıqlama verən Mourinyo, yenə də şikayətlənib. Bu dəfə əvəzetmələrin az olmasından: “Cənab Skudamor (Premyer Liqanın rəhbəri) çempionatın startından razı qalmalıdır. Yaxşı oyun idi. Mənə 3 yox, 6 əvəzetmənin lazım olduğu oyun.
Mən Marsialı oyuna buraxmaq istəyirdim, amma alınmadı. Pol Poqba 90 dəqiqə oynamaq iqtidarında deyil. Fred də həmçinin. Mənə daha çox əvəzetmə lazımdır.
Vacib olan isə yaxşı oynayıb qalib gəlməkdir. Biz yaxşı komandaya qarşı oynadıq. Onlar transferlərə bizdən çox pul xərcləyiblər.
Bu mövsüm nəinki bizim, bütün komandalar üçün çətin olacaq. Mənim planlarım vardı. Ancaq transfer bazarı bağlandı və təsəvvür etmədiyim situasiya ilə üzləşdim. Sonuncu dəfə bu haqda danışıram. Vəssalam, bazar bağlanıb. Hesab edirəm ki, artıq futbol dəyişir. İndi menecerləri baş məşqçi hesab etmək olar.
Titul uğrunda mübarizə apara bilib-bilməyəcəyimiz yalnız noyabrda bəlli olacaq”.
“Mançester Yunayted” Premyer Liqanın yeni mövsümünün açılış oyununda “Lester”ə qalib gəlib - 2:1.