Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
20:45 | 15 avqust 2018 | Çərşənbə
Məqaləyə 2266 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Türkiyədə ABŞ dollarının məzənnəsinin lirəyə nisbətdə son günlər kəskin artmasının nəticəsi olaraq ölkədə azı 6 elektrik stansiyası işini dayandırıb. Türkiyə mediası xəbər verir ki, bunun səbəbi istehsal edilən elektrik enerjisinin maya dəyərinin kəskin artması və nəticədə elektrik stansiyalarının müflis olması təhlükəsidir. Çünki həmin elektrik stansiyası Rusiya, Azərbaycan və İrandan dollarla idxal edilən təbii qazla çalışır.
Bildirilir ki, işini dayandıran elektrik stansiyalarından bəzilərinin mülkiyyətçisi xarici şirkətlərdir. Piyasaları İşletme Anonim Şirkəti (EPİAŞ) tərəfindən açıqlanan məlumatlara görə stansiyalar işini avqustun 9-dan dayandırıb. Bəziləri isə ötən bazar günündən bəri elektrik enerjisi hasil etmir. Elektrik stansiyaları qarşıdakı günlərdə də işləməyəcək.
İşi dayandıran elektrik stansiyalarından birini işlədən “GAMA Enerji” A.Ş. şirkətinin rəhbəri Tamer Çalışır deyib ki, onların işi dayandırmasının səbəbi “dolların məzənnəsinin kəskin artması və turbinlərdən birində yaranan texniki nasazlıqdır”. Energetika Nazirliyi isə məsələni şərh etməyib.
“Reuters” agentliyi isə bildirir ki, Türkiyənin BOTAŞ şirkəti təbii qazla çalışan elektrik stansiyalarına yardım etmək üçün onlarla qarşılıqlı sövdələşmədə ABŞ dollarının məzənnəsini 6.5 TL səviyyəsində sabitləşdirib. Hazırda dolların məzənnəsi bir qədər geriləyib və 6.4 TL səviyyəsindədir.
BOTAŞ avqustun 1-dən etibarən elektrik stansiyalarına satdığı qazın qiymətinə 49.5 faizlik artım tətbiq edib. Habelə elektrik stansiyalarının aldıqları təbii qazın dəyərini dollarla ödəməli olduğuna qərar verilib. Nəticədə dolların məzənnəsinin sonrakı günlərdə kəskin artması elektrik stansiyalarının işini çətinləşdirib, hasil edilən elektrik enerjisinin maya dəyəri kəskin artmış olub.