
Varlı olsa da mühüm problemi həll edə bilmir
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
Küveytli iş adamı Qəbələdə də iş qurmağı planlaşdırır
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
Şərqşünas alim Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
Həcc ziyarətində müqavilədə bəzi şərtlər...
«Zəhra Clinic» Vəfa Paşazadənin adına qeydiyyatdan keçib
Azərbaycan Türkiyə modelinə keçir; dini fəaliyyətlər böyük ölç üdə dövlətin nəzarətində olacaq; QMİ sədri narazıdır...
QMİ: «Elə insan var ki, Həccə getdiyini gizli saxlayır»
... yaxud Seçim qarşısında qalan Qırğızıstan
Qafqazın ilk şeyxi kim olub?
Onun da öz üsulları var ...
Allahşükür Paşazadənin qudası məlumatı təsdiqlədi
Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
Mətbuata Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə barədə ifşaedici məlumatların ötürülməsi davam edir. Bu dəfə QMİ sədrinin küveytli şiə iş adamı Saleh Aşurla əlaqələri barədə iddialar yayılıb. Redaksiyamıza göndərilən məktubda qeyd olunur ki, Şeyxülislam Bakıda bir dini mərkəzin bərpası üçün küveytli iş adamından pul alıb, ancaq sonradan mərkəzin bərpa olunmasını təmin etməyib.
«Yeni Müsavat» qəzetinin yazdığına görə, 1997-ci ildə Azərbaycanda Saleh Aşurun maliyyə dəstəyi ilə «Əhli Beyt» cəmiyyəti təsis olunub. Ancaq «Əhli Beyt» cəmiyyətinin Yasamal rayonunda yerləşən ofisi 1998-ci ilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qapadılıb. Məlumatda qeyd olunur ki, cəmiyyətin açılması üçün S.Aşur QMİ sədrinə pul verib: «Allahşükür Paşazadənin Küveyt səfərində Saleh Aşur ondan cəmiyyətin yenidən fəaliyyətə başlaması üçün yardım etməsini xahiş etdi. Allahşükür Paşazadə cəmiyyətin açılması üçün 200 min dollar lazım olduğunu bildirib. Və bu pulun hamısını dövlət məmurlarına vermək adı ilə alıb. Amma nə cəmiyyət açılıb, nə də 200 min dollar qaytarılıb».
Məktub müəllifi yazır ki, Saleh Aşur indiyə kimi Küveytdə şiələrin həftəlik toplandığı «Divaniyə» adlı məclisdə Allahşükür Paşazadənin onun aldatması və 200 min dollar mənimsəməsini dilə gətirir. Məlumatda daha sonra qeyd olunur ki, Saleh Aşurun Azərbaycanda «Əhli Beyt» cəmiyyətini təsis etməkdə əsas məqsəd Gürcüstan və Dağıstanın Dərbənd şəhərində şiə təbliğatını gücləndirmək idi: «Amma Saleh Aşur bilmirdi ki, Rusiya nəinki vəhhabilərin, həmçinin ərəb şiələrinin də Qafqaza girməsinə razı olmayacaq».
Qeyd edək ki, son həftələrdə QMİ sədri, eləcə də digər ruhanilərə bağlı redaksiyamıza çoxlu sayda məlumatlar ötürülür. Ancaq bunların bir çoxunda (bu həm də məlumatların müxtəlif mənbələrdən gəldiyini göstərir - K) həqiqət yükü az olduğu üçün qəzetdə dərc etmək uyğun görünmür. Ancaq bəzi məlumatlarda ciddi faktlar olduğunu nəzərə alaraq, onları ictimailəşdirməyə qərar veririk. İndi təqdim etdiyimiz məlumatdakı bir sıra nüanslar həqiqəti əks etdirir. Belə ki, araşdırmamız nəticəsində öyrəndik ki, Bakıda həqiqətən də 90-cı illərdə «Əhli Beyt» adlı cəmiyyət olub. Bu cəmiyyət əsas dini maarifçi fəaliyyət göstərib, hətta cəmiyyətin nəzdində Hüseyniyyə və mədrəsə də olub. Ancaq cəmiyyət bir müddətdən sonra qapadılıb. Eyni zamanda məlumatda adı keçən Saleh Aşurun Küveytin şiə icmasının nüfuzlu şəxslərindən olduğu, Küveyt parlamentinin üzvü olduğu haqda bilgilər var. Saleh Aşur Azərbaycana tez-tez səfərlər edib və yerli rəsmilərlə yaxın münasibətlərə malik olub. Eyni zamanda onun Hacı Allahşükür Paşazadə ilə dostluq münasibətlərinin olduğu haqda da bilgilər var. S.Aşur dəfələrlə Bakıda olarkən şeyxin qonağı olub. Ancaq onunla şeyxülislam arasında pul «haqq-hesabının» olması yeni iddiadır və təbii ki, bu günə qədər ictimailəşməyib.
Şeyxülislamın da fikirlərinə yer verməyə hazırıq.