
Astara və Lerikdə ekoloji qətliam
Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri ifşa edilib
Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri ifşa edilib
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
Cənub bölgəsində fəlakət, fermerlər narahatdırlar
Kübar bir insan, fədakar ailə başçısı, sədaqətli dost...
İranda olsaydı edam cəzasından heç kim xilas edə bilməzdi
Fikrət Bəşirov Astarada dəfn edilib
İran Azərbaycana, yoxsa Ermənistana üstünlük verir?
Ölkədən külli miqdarda qızıl çıxarılmasının qarşısı alınıb
4 gömrükçü saxlanıldı
Xilasedicilər uşağı, yanğınsöndürənlərsə bazarla yeməkxananı xilas edib
Qadının həddən artıq köklük səbəbindən vəfat etdiyi ehtimal edilir
Rayona mütəxəssislər göndərilib, ərçivanlıları təhqir edən tutulsa da, boynuna almır; camaat icra başçısına üç gün möhlət verib
Astarada söyüşə görə etiraza qalxan Ərçivan kəndindən yeni xəbərlər var. Ərçivanda aksiyadan sonra fəalların «ovu»na başlanıb və artıq 5 nəfər dindar həbs edilib. Onlardan biri isə İslam Partiyasının üzvü Famil Şükürovdur.
Digər 4 nəfər də mömindir, amma İP üzvü olduqları bilinmir. Eyni zamanda etirazlarda iştirak etmiş digər kəndlilər də bir-bir polisə çağırılır, dindirilir. Ancaq həbs edilən 5 nəfər islamçı azad edilməyiblər. Onlar fevralın 20-də saxlanılıblar.
İslamçıların müdafiə komitəsinin sədri Kərbəlayi Natiq Kərimov Astara hadisəsi ilə bağlı təfərrüatları «Yeni Müsavat»a açıqladı. Onun sözlərinə görə, F.Şükürov İP üzvüdür və tutulan digər dindarların partiya mənsubiyyəti olması qeyri-müəyyəndir.
N.Kərimov qeyd etdi ki, F.Şükürov əslində etirazçıların qarşısına çıxıb və bunun provokasiya olduğunu bəyan edib: «Amma eyni gündə ərçivanlıların işlədiyi mərkəzi bazar yanıb. Bu bir az da camaatı qızışdırıb. Mən elə bilirəm ki, təxribatdır, təşkil olunmuş provokasiyadır. Tutulan dindarlara hələlik cinayət işi açılmayıb. Amma üç gündür saxlayıblar. Ərçivan Nardaran kimi fəal bir kənddir. Buranın camaatı həmişə haqq üçün döyüşüb».
Komitə sədri dedi ki, Astaranın icra başçısı tutulanların buraxılacağına söz versə də, hələ də azad olunmayıblar: «Bu, hazırlanmış təxribatdır. Camaat sosial şəbəkədə təhqir olunmasına etiraz edib. Onların içərisindən 5 dindar seçib tutublar. Biz indi bu işlə maraqlanırıq, araşdırırıq.
İslam partiyasının Astara rayon komitəsinin sədri Famil Şükürov məsciddə namaz qıldıqdan sonra çıxarkən görüb ki, bir qrup şəxs camaatı meydana dəvət edir. Famil də onların qarşısına çıxaraq deyib ki, «Siz bu cür məsləhətsiz iş görməyin!» Yəni onlara qarşı çıxış edib. Amma nədənsə hadisələrdən sonra bəzi şəxsləri evlərindən tutub apararkən, Famil Şükürovu da həbs ediblər. Tutulan 5 nəfərin hamısı dindardır, partiya üzvü deyillər.
Bəzən hakimiyyətdə olan qüvvələr cəmiyyətdə aranı qatırlar bir-birinə. Sonrada öz fikirlərində nə tutublarsa, onu icra edirlər. Bu məsələ də eyni ilə elədir. Mənim orada olan ağsaqqallardan aldığım məlumata görə, bu bir qurulmuş oyun idi. Yəni hadisələr bu dərəcədə olmamalı idi. Hazırda danışıqlar gedir. Onları Astara polisində saxlayırlar. Güman edirik ki, onları sərbəst buraxacaqlar».
Fevralın 17-də səhər saatlarında Astarada ciddi gərginliklər yaşanıb. Rayon camaatının ünvanına aşağılayıcı ifadələr işlədilməsi sakinləri hövsələdən çıxarıb və onlar İcra Hakimiyyətinin qarşısına yürüş edərək aksiya keçiriblər.
Bu hadisənin Astaranın mərkəzi bazarının müəmmalı şəkildə yandığı günə təsadüf etməsi isə emosiyaları daha da qızışdırıb. Ərçivan kənd sakini, Astarada tanınmış ictimai fəal Vaqif Əhmədoğlu hadisəni təxribat adlandırır. Əhalini təhqir edən şəxsin kimliyi isə anonim saxlanır və onun tapılıb cəzalandırılmadığı deyilir.