Ağrı dağı təsviri silindi
Ermənistandan vacib Türkiyə həmləsi
22:42 | 28 fevral 2014 | Cümə
Məqaləyə 1978 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olan telefon söhbəti internetdə yayılandan sonra AKP-nin səs yazıları ilə bağlı ABŞ-dan rəy aldığı barədə xəbərlər yayıldı. Həmin xəbərlərdə bildirilirdi ki, səs yazıları AKP-nin müraciəti əsasında ABŞ-ın ən qabaqcıl iki səs studiyasında ekspertizadan keçirilib. Mütəxəssislər müəyyən ediblər ki, yazıdakı səslər kəsilərək yapışdırılıb və ona kompüterdə əlavələr olunub. Lakin dünən sözügedən şirkətlər xəbəri yalanlayıblar.
Xəbərdə adı keçən şirkətlərdən «John Marshall Media»nın (JMM) baş müdiri Jon Marşal Çeri bildirib ki, türk dilində hər hansı səs yazısını ekspertizadan keçirməyiblər: «Bu saxtakarlığı yayan xəbər agentlikləri, özünüzdən utanın!»
Çeri bildirib ki, sözügedən sənəd «J Ou Production» tərəfindən imzalanıb, üzərinə isə «John Marshall Media»nın vizit kartı yapışdırılıb: «Bu, şirkətin rəsmi sənədi deyil və hiylənin bariz nümunəsidir. Səs yazısı şirkətimiz (JMM) tərəfindən təhlil edilməyib və JMM adlı bir səs mühəndisimiz də yoxdur. Özünü bizim şirkətin əməkdaşı kimi təqdim edən şəxsi məhkəməyə verəcəyik».
Xəbərdə adı keçən ikinci şirkət «Kaleidoscope Sound» isə məlum səs yazısının sadəjə ardıcıl, kəsilmədən davam edib-etmədiyini təhlil etdiklərini bildirib. Şirkətin mütəxəssisi Rendi Krafton səs yazısının hissə-hissə olduğu barədə rəy verdiklərini, bunun xaricində başqa fikir bildirmədiklərini deyib. Onun sözlərinə görə, digər məqamlarla bağlı rəy vermək üçün şirkətdə ana dili türkcə olan bir mütəxəssis olmalı idi. Başa düşmədikləri bir dillə bağlı hər hansı fikir söyləyə bilməyəcəklərini deyən Krafton əlavə edib ki, verdikləri rəy kiminsə günahsız və ya günahkar olduğunu ortaya qoya bilməz.
ABŞ-dan AKP hökumətinə növbəti zərbə Birləşmiş Ştatların insan haqlarının durumu ilə bağlı ənənəvi illik hesabatı ilə gəlib. Hesabatda 17 dekabr rüşvət əməliyyatı və bu istiqamətdə yaşananlar skandal kimi qiymətləndirilib. Türkiyəyə 51 səhifə yer ayıran hesabat müəllifləri bildiriblər ki, rüşvət əməliyyatı həm də, ölkənin polis və məhkəmə sisteminin hökumətin təsiri altında olduğunu üzə çıxarıb.