vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
Marat neçə manat alacaq? 15:55 | 1 mart 2014 | Şənbə Məqaləyə 1783 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Marat neçə manat alacaq?

Yarım mövsümə 150 min

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbələ»nin qış fasiləsində «Porto»dan gətirdiyi Marat İzmaylovun oyununa münasibət birmənalı deyil.

Buna qədər müntəzəm oynamayan və formasından xeyli uzaq düşən rusiyalı futbolçunun fasilədən sonra ilk sınaqdaca «Qarabağ»a qarşı meydana çıxması və əvəzlənmədən oynaması sonradan  həm ona, həm də baş məşqçi Yuri Syominə qarşı tənqidlər yaratdı. İzmaylova şişirdilmiş məbləğin verildiyi yazıldı və nəhayət, «Qəbələ» rəsmi münasibətlə məsələyə aydınlıq gətirdi. 500, 700 min bildirilsə də, klubun vitse-prezidenti Fariz Nəcəfov futbolinfo.az saytın müsahibəsində konkret rəqəm açıqlayıb. Məlum olub ki, yay qədər icarəyə götürülən futbolçuya bu müddət üçün 150 min (valyutanın adı bildirilməyib) ayrılıb.