ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
15:19 | 11 fevral 2022 | Cümə
Məqaləyə 1355 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
Dünən açıqlanan ABŞ-ın inflyasiya məlumatlarından sonra, bazarlar ABŞ Mərkəzi Bankının (FED) 2022-ci ildə 7 dəfə faiz artıracağını gözləyir.
Qızılın qiyməti ABŞ-da inflyasiyanın gözlənildiyindən daha yüksək olması ilə əlaqədar olaraq aşağı düşüb və bu, FED-in daha aqressiv faiz artırmağa qərarı verəcəyi ilə bağlı narahatlıqları artırıb.
ABŞ-da istehlak qiymətləri indeksi (inflyaiya göstəricisi) yanvar ayında illik müqayisədə 7,5 faiz artıb. “Bloomberg” sorğusuna qatılan iqtisadçıların gözləntiləri illik inflyasiyanın 7,3 faiz olacağı idi. Əsas inflyasiyanın göstəricisi olan ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri indeksi aylıq və illik müqayisədə gözləntilərin üstündə artıb.
FED-in St. Louis şöbəsinin sədri Ceyms Bullard ölkədə son 40 ilin ən yüksək inflyasiya səviyyəsinə cavab olaraq FED-in 1 iyul 2022-ci ilə qədər faiz dərəcələrini 1 baza bəndi artırmalı olduğunu açıqlayıb. Hazırda FED-in faizi 0 -0.25 faiz aralığındadır.
Mart ayı toplantısında 0,50 bəndlik faiz artımı ilə başlamağa dair qərarsız olduğunu deyən Bullard, müzakirəyə rəhbərlik etmək üçün qərarı FED sədri Cerom Pauelə həvalə edəcəyini bildirib.
“Swap” bazarlarında mart ayında 0,25 bəndlik artım 100 faiz ehtimalla, 0,50 bəndlik artım isə 97 faiz ehtimalla qiymətləndirilir.
Bundan əlavə, bazarlar FED-in bu il faiz dərəcələrini 7 dəfə artıracağı ilə bağlı qiymətləndirməyə başlayıb. Fevralın əvvəlində 2022-ci ildə faizin 5 dəfə artırılacağına qiymət verilmişdi.
Həftəyə 1809 dollar ətrafında başlayan qızılın unsiyası 1840 dollara qalxaraq son iki həftənin ən yüksək səviyyəsinə çatmışdı. İnflyasiya məlumatlarının açıqlanması ilə ucuzlaşan qiymətli metal həftəni 1824 dollar səviyyəsində bağlamağa doğru irəliləyir.