Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:47 | 23 mart 2022 | Çərşənbə
Məqaləyə 782 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın səbəbsiz hücumunu önləyə bilmədiyinə görə BMT-ni tənqid edib. Rusiya bir aya yaxındır Ukraynanı işğal edir. 4 milyonadək ukraynalı ölkədən qaçmalı olub, onminlərlə insan vacib xidmətlərsiz, ərzaqsız qalıb.
***
Martın 23-də Yaponiya parlamentində çıxış edən Zelenski deyib ki, BMT fundamental quruluşuna görə müharibəyə böyük miqyasda reaksiya verə bilməyib. Çünki Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya Ukraynaya qarşı müharibənin pisləndiyi hərəkətlərin qarşısını alıb.
“Nə BMT, nə də BMT-nin Təhlükəsizlik Şurası işləyə bilib. İslahatlar lazımdır”, – Ukrayna lideri videolink vasitəsilə yaponiyalı deputatlara deyib.
“Bizə qlobal təhlükəsizliyi öncədən təmin etməyə alət gərəkdir. Mövcud beynəlxalq qurumlar bu məqsədə xidmət göstərə bilmir, ona görə də bizə işğalları həqiqətən dayandıra biləcək yeni, qabaqlayıcı alət lazımdır”, – Zelenski vurğulayıb.
NATO, ABŞ, digər Qərb müttəfiqləri Ukraynaya qoşun göndərməyəcəklərini bəyan etsələr də, Rusiya iqtisadiyyatına, Prezident Vladimir Putinin yaxın ətrafına sanksiyalar tətbiq ediblər.
***
NATO liderləri, ABŞ Prezidenti Co Baydenlə birlikdə martın 24-də Brüsseldə fövqəladə iclas keçirəcəklər. Ağ Ev Moskvaya əlavə sanksiyaları açıqlayacağını bəyan edib.
Avropa İttifaqı da eyni gündə Ukrayna üzrə sammit keçirəcək. Zəngin ölkələrin G7 qrupu Belçika paytaxtında bir araya gələcək.
Moskvaya sanksiyalara və diplomatik təzyiqə baxmayaraq, Qırmızı Xaç Ukraynanın bəzi yerlərində vəziyyətin ağır olduğunu deyir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti Piter Maurer martın 23-də Moskvada rəsmilərlə görüşündə Ukraynanın ciddi ziyan dəymiş ərazilərinə humanitar yardım çatdırılmasına icazə almağa çalışıb.
“Münaqişə son bir neçə həftədə nəhəng dağıntılara səbəb olub…” – Maurer deyib.
***
Özəlliklə Rusiya qüvvələrinin tutmağa çalışdığı Mariupol şəhərinin böyük hissəsi dağıdılıb, dinc sakinlər şəhərdən çıxmağa çalışırlar.
Şimali Çerniqov şəhərində adamlar daimi bombardmandan qorunmağa çalışır, “Currenttime”ın müxbiri Oleksandr Kotenko bu haqda xəbər verir.
“İki həftədən çoxdur elektrik, su, qaz yoxdur, bəzi adamlar küçədə yemək bişirir. Bir həftə bağlantı olmayıb, dünən bərpa edilib, amma telefonları doldurmaq olmur, ona görə də adamlar şəhərdə nə baş verdiyini bilmirlər”, – o deyib.
BMT-nin martın 21-də bildirdiyinə görə, döyüş nəticəsində 953 dinc sakin öldürülüb. Amma bu rəqəmin daha yüksək olduğu düşünülür, çünki bir çox yerlərdən məlumat gəlmir.