Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:07 | 31 mart 2022 | Cümə axşamı
Məqaləyə 764 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Birləşmiş Millətlər Təşkilatının uşaq agentliyi UNİCEF-ın bildirdiyinə görə, Ukraynadakı müharibədən təxminən 2 milyon uşaq qaçıb, daha 2,5 milyon uşaq isə ölkə daxilində evlərini tərk edib.
Çərşənbə günü BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (UNCHR) ilə yaydığı bəyanatda uşaqların Ukraynadakı müharibədən qaçan insanların yarısını təşkil etdiyi deyilib. UNİCEF 1,1 milyondan çox uşağın Polşaya, yüz minlərlə uşağın Rumıniya, Moldova, Macarıstan, Slovakiya və Çexiyaya getdiyini bildirib.
BMT İnsan Haqları üzrə Ali Komissarlığı çərşənbə günü münaqişə zamanı 100-dən çox uşağın öldürüldüyünü və 134 uşağın yaralandığını sənədləşdirib. Lakin agentlik qurbanların sayının daha çox olacağını güman edir.
BMT-nin hər iki agentliyi köçkün uşaqların insan alveri və istismar riskini artırdığı barədə xəbərdarlıq edib. Uşaqların və gənclərin üzləşdiyi riskləri azaltmağa çalışan UNICEF və UNHCR hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları Moldova, Rumıniya və Slovakiya da daxil olmaqla, qaçqınlara ev sahibliyi edən ölkələrdə “Mavi Nöqtə” mərkəzlərini genişləndirir.
“Mavi Nöqtə” mərkəzləri qaçqın ailələrə məlumat verən, müşayiət olunmayan və ayrılmış uşaqları müəyyən etməyə və onların istismardan müdafiəsini təmin etməyə kömək edən, əsas xidmətlərə çıxış üçün mərkəz rolunu oynayan təhlükəsiz məkanlardır.
UNİCEF eləcə də keçid məntəqələrində uşaqların təhlükəsizliyini təmin etmək üçün regiondakı milli hökumətlər və rəsmilərlə birlikdə təcili olaraq əlavə tədbirlər görməyə başlayıb.
Çərşənbə günü verdiyi açıqlamada UNİCEF-in icraçı direktoru Ketrin Rassel “Ukrayna daxilində vəziyyət getdikcə ağırlaşır” deyib. Onun sözlərinə görə, evlərini tərk edən uşaqların sayı artmaqda davam edir və “onların hər birinin müdafiəyə, təhsilə, təhlükəsizliyə və dəstəyə ehtiyacı var”.
Bu həftə UNİCEF Ukrayna daxilində ən həssas 52 000 ailəni dəstəkləmək üçün humanitar pulköçürmə proqramına başlayıb. Bundan əlavə, agentlik bu həftədən etibarən Ukraynada və həmsərhəd ölkələrdə uşaq və ailələrə dəstək məqsədi ilə 1275 ton təcili yardım daşıyan 114 yük maşını göndərib.