Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:55 | 6 aprel 2022 | Çərşənbə
Məqaləyə 678 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Rusiya qüvvələrinin Ukraynanın Buça şəhərində törətdiyi mümkün hərbi cinayətlərə dair sübutlar topladığını bildirib.
BMT-nin İnsan hüquqları üzrə komissarı Mişel Baçelet paytaxt Kiyev yaxınlığındakı Buça şəhərinin küçələrində mülki şəxslərin cəsədlərinin görüntülərindən dəhşətə gəldiyini bildirib. Onun mətbuat katibi Liz Trossell təhqir olunmuş cəsədlərin fotoşəkillərinin çox narahatedici olduğunu deyib.
Trossell qeyd edib ki, əlləri bağlı insanların, qismən çılpaq qadınların və yandırılan cəsədlərin fotoşəkilləri onların bilavasitə hədəfə alındığını göstərir.
O, beynəlxalq humanitar hüquqa görə, mülki əhalinin qəsdən öldürülməsinin müharibə cinayəti olduğunu deyib.
“Biz bunun konkret müharibə cinayəti olduğunu demirik. Bunu hələ müəyyən edə bilmərik. Buna görə də, məsələn, müfəssəl məhkəmə ekspertizaları olmalıdır. Odur ki, bunların kimlər tərəfindən və hansı tarixdə baş verdiyi barədə ətraflı monitorinq edilməli və məlumatlar toplanmalıdır. İndi biz də digər qurumlar kimi bu kimi işlərin görülməsinə çalışırıq”, deyib Trossell.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya hərbçilərinin Ukraynada törətdiyi hərbi cinayətlərlə bağlı istintaqa başlayıb. Məhkəmənin baş prokuroru müharibə zamanı hərbi cinayətlərin törədildiyinə dair ağlabatan əsasların olduğunu deyib. O, mümkün müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımla bağlı sübutların toplandığını bildirib.
Trosselin dediyinə görə, bu işin davam etməsi və bu cür cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi vacibdir.
Rusiya əsgərlərinin Ukraynada hərbi cinayətlər törətməsi ilə bağlı iddiaların yalançı təbliğat olduğunu deyib və Ukrayna xüsusi təyinatlılarını Kremlin reputasiyasını ləkələmək üçün Buçada saxta ssenari hazırlamaqda ittiham edib.