
Erməni futbolçu Azərbaycana gələ bilər
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
«Çox eşitmişəm və burda o haqda çox danışılır»
Nail Kərimov: «Azərbaycan üçün nümunə ola biləcək akademiya yaratmışıq»
Nika Kvekveskiri: «Mahir Mədətov məndən inciməsin...»
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
... həm də pul
Qurban Qurbanov: «Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm»
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
Roman Qriqorçuk: «İkinci qoldan sonra komandada rahatlıq yarandı»
Futbol Akademiyasının yetirmələri U-17, U-16, U-12, U-11 və U-10 çempionatlarında liderdir
Roman Qriqorçuk: «Tezliklə istədiyimiz səviyyəyə çatacağıq»
Qumar? Qruplaşma? Qiyam? Qriqorçuksuz «Qəbələ»?
«Neftçi»nin çılğınlığı Bakının yox, Milanın «İnter»ini udması təəssüratı yaradır
«Bakı»nın baş məşqçisi Milinko Pantiç «Qəbələ» ilə oyundan heç-heçə ilə ayrıldıqdan sonra yaman dilxor olub. «Eşitdim ki, «Rəvan» Zaqatalaya əsas oyunçularını aparmayıb. Birinci diviziona heç bir klubun düşməyəcəyi barədə qərarın çıxarılmasından sonra klublarda arxayınlıq yaranıb» deyən Pantiç, hiss olunur ki, İcraiyyə Komitəsinin çıxardığı qərardan çox narahatdı.
Serb mütəxəssisin narahat olması heç də əbəs yerə deyil. Axı, onun rəhbərlik etdiyi komanda martın 19-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə «Rəvan»la qarşılaşacaq. Paytaxt klubundan qorxan çalışdırıcı düşünür ki, «Rəvan» «Simurq»la oyuna əsas futbolçularını aparmadığı üçün bütün gücünü «Bakı» ilə oyuna saxladı.
Düzdü, İK Premyer Liqanı heç bir klubun tərk etməyəcəyi ilə bağlı qərarı açıqlamaq üçün heç də düzgün vaxt seçmədi. Çünki qərar açıqlandığı gündən sonra biz bir o qədər də qızğın mübarizənin şahidi olmayacağıq. Həmçinin də aşağı pillədə mübarizə aparan «Sumqayıt» və «Rəvan» İK-nın qərarından arxayınlaşdıqları üçün növbəti turlarda bir o qədər də can yandırmayacaqlar. Mövsümün qalan dövrü ərzində çoxlu yoldaşlıq matçı izləyəcəyik».
Pantiç İK-nın bu qərarına irad bildirməklə yerlə göy qədər haqlıdır.