vaxtlı-vaxtında oxuyun! Cümə, 4 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
«Tərlanı ona görə indi gətirdik ki...» 17:41 | 17 mart 2014 | Bazar ertəsi Məqaləyə 2635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tərlanı ona görə indi gətirdik ki...»

«Bundan sonra nəsə etmək çətindi»

MÖVZU İLƏ ƏLAQƏLİ

AZAL-ın vitse-prezidenti Vaqif Qasımov Tərlan Əhmədovun baş məşqçi postuna təyinatı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları dilə gətirib:

«Artıq mövsüm başa çatmaq üzrədi. Bundan sonra Tərlan Əhmədov nə edə bilər ki? Qarşıda cəmi 10 oyun qalıb. Biz onu indi komandaya gətirdik ki, mövqelərə baxsın. Hansı mövqelərə futbolçu almaq lazım olduğunu bilsin. Bundan sonra nəsə etmək çətindi. Gələn mövsümün planlarını qurmaq lazımdı. Gələn mövsüm ola bilsin ki, büdcə də artırılsın. AZAL-ın həmişə hədəfləri yüksək olub. Heç nə üçün çempionatda oynamaqdansa, oynamamaq daha yaxşıdı. Hədəf olmalıdır. Bu il belə alındı ki, heç nə edə bilmədik. Qarşıdakı mövsümdə yüz faiz yaxşı hədəflərimiz olacaq».

Xatırladaq ki, AZAL Tərlan Əhmədovla 2,5 illik müqavilə imzalayıb.