
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Yeni Dehli Trampın əlavə tarif qərarını “təəssüf doğurucu” adlandırdı
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Tramp rus nefti aşiqi Modiyə təzyiqləri artırır
Hindistan təhdidlərə baxmayaraq Rusiyadan neft almağa davam edəcək
Tramp Hindistana qarşı 25 faizlik gömrük tarifi tətbiq edə bilər
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Yaponiya qurtuldu, Hindistan isə nikbindir
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya Qərbin sərt sanksiyaları fonunda müxtəlif dövlətlərlə ticarətdə dollardan imtina etməyə çalışır. Bu ölkələrdən biri də Hindistandır. Ancaq Rusiyanın Hindistanla ticarətində dollardan rupiyə keçidin riskləri var. Hindistan pulu dollara nisbətdə 10 faiz ucuzlaşıb. Rusiya Hindistana daha çox ixrac edir, bu ölkədən isə idxalı azdır. Bu o deməkdir ki, Rusiyaya daha çox rupiy daxil olacaq. Rusiya bu pulla nə edəcək? İki ölkə arasında ticarəti balanslaşdırmaq çətindir.
Buna baxmayaraq, Rusiyanın bankları Hindistanda rupi ilə hesablar açıblar. Rusiya Hindistana neft satışını artırıb. Rusiya Qərb ölkələrinə neft sata bilmədiyinə görə Hindistana nefti aşağı qiymətə satır. Hindistan iqtisadi baxımdan dünyanın sürətlə inkişaf edən ölkələrindəndir. Hindistanın neftə ehtiyacı artıb. Hindistan Rusiya ilə yanaşı, Səudiyyə Ərəbistanından, İraqdan və ABŞ-dan da neft alır. Rusiya Hindistana neft satışında bu ölkələri qabaqlamağa çalışır. Misal üçün bu ilin noyabr ayında Rusiyanın xarici ölkələrə satdığı neftin 40 faizi Hindistanın payına düşüb. Rusiya neftinin 15 faizi Türkiyəyə, 5 faizi Çinə satılıb.
Rusiyalı iqtisadi ekspertlər Hindistana daha çox neft satışının riskləri barədə fikirlər səsləndiriblər. Ticarət mübadiləsində rupiyə keçid Rusiya üçün profisit yaradır. Rusiyanın Hindistana ixracı bu ölkədən idxalı 10 dəfə üstələyir. 2021-ci ildə Rusiya ilə Hindistan arasında ticarət mübadiləsinin həcmi 13.5 milyard dollar olub. Bu il ticarət mübadiləsinin həcmi daha da artıb. Rusiya Hindistana daha çox neft satmaq üçün bu ölkə ilə birgə tanker istehsalı təklif edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindli həmkarı Subramayan Djayşankarla Moskvada son görüşündə iki ölkə arasında ticarət mübadiləsinin 30 milyard dollara çatdırılması vacibliyini bildirib. Moskva Dehli ilə hərbi-texniki sahədə də əməkdaşlığını genişləndirməyə çalışır.
Buna baxmayaraq, Dehli Rusiyanın Ukraynada apardığı işğalçı müharibədən narahatdır. Misal üçün bəzi xəbər agentliklərinin məlumatına görə Hindistanın baş naziri Nadendra Modi Rusiya prezidenti Vladimir Putinlə görüşünü təxirə salıb. “Bloomberg” agentliyinin məlumatına görə, görüşün təxirə salınmasına səbəb Ukraynadakı müharibə ilə əlaqəlidir. Dehli rusiyalı rəsmilərin nüvə silahından istifadə barədə açıqlamalarından narazı qalıblar. Bu səbəbdən Rusiya-Hindistan sammiti baş tutmayıb.