
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
«Amerika rəhbərliyi Moskvanın Krımı ilhaq etməsinə Rusiyanın qonşuluğunda yerləşən NATO üzvlərini dəstəkləməklə reaksiya verdi və düz etdi. Ancaq zəruridir ki, Vaşinqton Gürcüstan və Azərbaycandan keçən Cənubi Qafqaz dəhlizinə də diqqəti artırsın».
Virtualaz.org saytı xəbər verir ki, bu çağırışla Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunun (Central Asia-Caucasus Institute) direktoru, Stokholmdakı Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi Svante Kornell «The Wall Street Journal» qəzetində dərc edilmiş məqaləsində çıxış edib.
Svante Kornell «Putinin Avrasiya ambisiyalarının cilovlanması» başlıqlı məqaləsində yazır ki, Ukraynanın və Cənubi Qafqaz ölkələrinin taleyi bir-biri ilə sıx bağlıdır: hər iki region Vladimir Putinin Belarusdan Tacikistana qədər uzanan «Avrasiya imperiyası» xəyalları baxımından böyük əhəmiyyət kəsb edir.
«Amerika-Rusiya münasibətləri Ukraynaya görə korlanır, lakin bunun neqativ təsirləri Ukrayna ilə məhdudlaşmır. Putin Cənubi Qafqaz dəhlizinin strateji əhəmiyyətini Qərbin planlarının bir çox müəlliflərindən daha artıq başa düşür. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin də təsdiq etdiyi kimi 2008-ci ildə Gürcüstana hərbi müdaxilə də NATO-nun Cənubi Qafqaza doğru genişlənməsini dayandırmaq idi» - deyə S.Kornell yazır.
Amerikalı ekspert daha sonra bildirir: «Moskva artıq Ermənistan üzərində nəzarətini möhkəmləndirib. Və Gürcüstanda, Azərbaycanda Putin müxalif siyasətçilər, ictimai təşkilatlar və milli azlıqlar arasından rusiyameylliləri maliyyələşdirir. Ermənistandakı əhəmiyyətli hərbi iştirakından istifadə edərək Moskva istənilən vaxt iki ölkə arasında Dağlıq Qarabağa görə yaşanan amansız ziddiyyətlərdən istifadə edərək Ermənistanın Azərbaycanla münaqişəsini qızışdıra bilər. Gürcüstan isə Rusiya və onun Ermənistandakı hərbi bazası arasında yerləşir. Bu ilin yayında Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalayacağı nəzərə alınsa, Rusiyanın təzyiqlərinin güclənəcəyini gözləmək lazımdır. Bəs Moskva Gürcüstan üzərindən Ermənistandakı bazalarına dəhliz tələb etsə, nə etmək lazımdır?».
S.Kornellin qənaətinə görə, əgər Azərbaycan və Gürcüstan Putinin pressinqləri qarşısında geri çəkilsə, Moskva Əfqanıstan tranzitinə nəzarəti ələ keçirmiş olacaq. Onun sözlərinə görə, bu ssenari Vaşinqtonun Mərkəzi Asiyaya çıxışının itirilməsi deməkdir.
«Deməli, Xəzərin enerji resurslarının Avropa İttifaqının enerji təminatını diversifikasiya etməyə imkan verəcəyinə dair bütün ümidlər də boşa çıxmış olacaq» - deyə ekspert yazır.
Svante Kornell hesab edir ki, prezident Barak Obama Gürcüstanın NATO-ya qəbulunu dəstəkləmək barədə rəsmi bəyanat vermək üzərində düşünməlidir.
«Azərbaycan NATO-ya daxil olmaq barədə xahiş etmir. Bununla belə Vaşinqton Bakının NATO ölkələri ilə tərəfdaşlığının dərinləşdirilməsinə dair məsləhətləşmələr aparmalıdır. Bu ölkələrin birində Amerika hərbi bazasının yerləşdirilməsi Moskvaya dəqiq siqnal göndərmiş olardı. Cənubi Qafqaz rus imperializminin yeni dalğası qarşısında güclü bastiona çevrilə bilər, bir şərtlə ki, ABŞ üzünü yenidən regionun çevirsin» - deyə S.Kornell yazıb.