
HARVARD!
Zat-i aliləri xərifləyib
Zat-i aliləri xərifləyib
Adamın ayağını kəsərək 5-ci mərtəbədən asıb, elektrik cərəyanı veriblər
Meksikanın “El Perris” ləqəbli təhlükəli kartel lideri Benites öldürüldü
Binanın daxilində işləyən jurnalistlərə giriş və hərəkəti məhdudlaşdıran sərəncam verildi
Tramp əsgərlərlə görüşdə ABŞ prezidentlərinin ənənəsini pozub
Donald Trampın elan etdiyi hava hücumundan müdafiə sistemi nədir və necə işləyəcək?
“Tramp administrasiyası universitetə qarşı “yəhudi tələbələrdən “peşka” kimi istifadə edir”
Pentaqon iddiaları rədd edir
Trampın qərarı kral ailəsinə də ağır zərbə vurdu
İnzibati məzuniyyətə göndərilən 100 nəfərə əşyalarını toplamaq üçün 30 dəqiqə vaxt verilib
Tramp nüvə enerjisini sürətləndirir
Trampın prezidentlik varisindən gözlənilməz açıqlama
Tramp: “Onlarla bir halda gecikmə üçün danışıqlar apara bilərəm”
“Ya ABŞ-a gələcək, ya da 25 faiz vergi tutulacaq”
Tramp: “AB ilə rəftar etmək çox çətin olub”
Tramp Putini indi başa düşüb, Senat hərəkətə keçdi
ABŞ prezidenti Donald Trampın immiqrantlar əleyhinə reydləri başlayıb. İmmiqrasiya və Gömrük Mühafizəsi (İCE – İmmigration and Customs Enforcement) əməkdaşları ölkənin bir çox şəhərlərində orta məktəblərə daxil olmağa çalışıblar. Onlar immiqrantların uşaqlarını axtarırlar. Maraqlıdır ki, hətta ibtidai siniflərə də daxil olmaq çalışıblar. Hələ ki, məhkəmənin qərarı yoxdur deyə, məktəblər qapılarını bağlı saxlasa da, sonradan nə olacağı bilinmir. Statusunuzdan asılı olmayaraq hüquqlarınızı bilmək labüddür. Nyu-Yorkun Bruklin bölgəsində fəaliyyət göstərən “TM Law Firm” vəkillər və hüquq məsləhətçiləri şirkətinin azərbaycanlı əməkdaşı, vəkil Turxan Mirzəyev soydaşlarımıza kömək məqsədilə lazımı məsləhətlərdən ibarət “yaddaş pamfleti” hazırlayıb.
ABŞ-da yaşayan bütün insanlar, o cümlədən sənədsiz immiqrantlar ABŞ Konstitusiyasında nəzərdə tutulmuş müəyyən hüquqlara malikdir. Əgər sənədsiz yoxdursa və immiqrasiya (ICE) əməkdaşları qapınızı döyərsə, aşağıdakı hüquqlara malik olduğunuzu bilməyiniz məsləhətdir.
Qapını açmamaq hüququnuz var
Əgər onların hakim tərəfindən imzalanmış etibarlı axtarış orderi yoxdursa, siz mənzilinizin qapını açmağa və ya əməkdaşları evinizə buraxmağa məcbur deyilsiniz.
İCE deportasiya orderi axtarış orderi ilə eyni deyil. Əgər onların yalnız deportasiya orderi varsa, qanuni olaraq evinizə yalnız sizin şifahi razılığınızla daxil ola bilərlər.
Əgər əməkdaşlar hakim tərəfindən imzalanmış axtarış sənədinə sahib olduqlarını iddia edirlərsə, onlardan həmin sənədi qapının altından keçirmələrini və ya pəncərədən göstərmələrini xahiş edin.
Əgər təqdim olunan sənəddə sizin düzgün adınız və ünvanınız göstərilməyibsə və ya sənəd hakim tərəfindən imzalanmayıbsa, qapını açmağa və ya onları içəri buraxmağa məcbur deyilsiniz.
Əgər istənilən məqamda əməkdaşlarla danışmaq qərarına gəlsəniz, bunu qapını açmadan da edə bilərsiniz. Siz onlarla qapı arxasından danışa və ya çölə çıxıb qapını bağlaya bilərsiniz.
Sızın susmaq hüququnuz var
Siz immiqrasiya əməkdaşları ilə danışmağa və ya onların suallarını cavablandırmağa məcbur deyilsiniz.
Əgər sizdən harada doğulduğunuz və ya ABŞ-a necə daxil olduğunuz sualı verilərsə, cavab verməkdən imtina edə və ya susa bilərsiniz.
Susmağı seçsəniz, “Mən susmaq hüququndan istifadə edirəm” deyə bilərsiniz.
Əməkdaşlara vəkillə danışmaq istədiyinizi bildirin.
Hansı ölkədən olduğunuzu göstərən sənədləri təqdim etməkdən imtina edə bilərsiniz.
Əsas odur ki, heç bir halda saxta sənəd göstərməyin və yalan deməyin.
Vəkillə danışmaq hüququnuz var
Əgər saxlanılıb və ya həbs olunmusunuzsa, vəkillə əlaqə yaratmaq və ondan zəng etmək hüququnuz var. Həbsxananın qaydalarını başa düşmək üçün “Məhbusların Təlimatı”nın (Detainee Handbook) surətini istəməyiniz tövsiyə olunur.
Vəkiliniz olmasa belə, immiqrasiya əməkdaşlarına vəkillə danışmaq istədiyinizi bildirə bilərsiniz.
Əgər vəkiliniz varsa, onlarla danışmaq hüququnuz var. Əgər vəkiliniz olduğunu təsdiq edən “Form G-28” imzalanmışdırsa, onu əməkdaşlara təqdim edin.
Əgər vəkiliniz yoxdursa, immiqrasiya əməkdaşından pulsuz vəkil siyahısını istəyə bilərsiniz.
Konsulluğumuzla əlaqə qurmaq hüququnuz da var. Konsulluq sizə vəkil tapmaqda kömək edə bilər.
Vəkillə danışmadan, hər hansı bir sənədi imzalamaqdan imtina edə bilərsiniz.
Əgər vəkillə danışmadan nəyisə imzalamağı seçsəniz, sənədin nəyi ifadə etdiyini və mənasını tam başa düşdüyünüzdən əmin olun.
10 gündən sonra hesabınızda kifayət qədər pul yoxdursa, ailə üzvlərinə və ya yaxınlarınıza pulsuz zəng etməyi tələb etmək hüququnuz var.
P.S. Bu ümumi məlumat məqsədi ilə hazırlanıb və hüquqi məsləhət hesab edilmir.
Burada olan məlumatlara əsaslanaraq hüquqi tədbirlər görmədən əvvəl müvafiq lisenziyaya malik immiqrasiya vəkili ilə əlaqə saxlayın. Öz işinizə bunun necə təsir edə biləcəyinə dair daha ətraflı məlumat üçün immiqrasiya vəkilinizlə məsləhətləşin.