
“Döysəm də düz eləmişəm...”
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
“Bakı Metropoliten”in keçmiş rəisi YAP-ın binasını lombarda döndəribmiş...
Bakı metropoliteninin sabiq rəisinin ayaqları tutuldu
Eyş-işrət, narkotik və “əyləncəli” son
BƏƏ-nin Ermənistana sevgisi nə ilə bağlıdır?
Qiymətləri sürətlə düşür, tikinti işləri dayandırılır
Ləpənin qiyməti 20-30 manat arasında dəyişəcək
BƏƏ-də harada nə yeyib-içmək haqqında düşünənlər üçün ...
Hər iki tərəf bu qadağanın səbəbləri barədə susur
Doha öz iqtisadiyyatını dəstəkləmək üçün 38 milyard dollar xərcləyib
«Köhnə müstəmləkəçilik davranışından çəkinin»
DAK-ın Rusiya başqanının daşnakla ilə işbirliyi, millətçi erməni rejissoru Manukyan biznesmenin evində əsirdir
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
Türkiyə TIR-ları Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı
Vəzifədən çıxarıldığı gündən Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov haqqında söz-söhbətlər səngimir.
Onun gah ölkə hüdudlarından kənarda olduğu, gah da yeni vəzifəyə təyin olunacağı ilə bağlı məlumatlar yayılır. Bir sözlə, mediaya həmişə eksklüziv açıqlamalar verən Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun hazırda nə işlə məşğul olduğu bəlli deyil.
Bir müddət öncə - Novruz bayramı günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində istirahət etmiş Tağı Əhmədov artıq Bakıdadır.
Virtualaz.org bildirir ki, bunu modern.az-a açıqlamasında T. Əhmədovun xanımı Salatın Əhmədli deyib. O, Tağı Əhmədovun hazırda Azərbaycanda olduğunu bildirib və xaricə getməsi barədə yayılan söz-söhbəti qəti şəkildə təkzib edib.
«Bakıdayıq. Heç yerə getməmişik, niyə getməliyik? Özüm də indi dərsdəyəm», – deyə o vurğulayıb.
Qeyd edək ki, alim-tədqiqatçı Salatın Əhmədli Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışır. Eyni zamanda universitetin Yasamal rayonu YAP Qadınlar Şurasının və «Kitab Evi» İctimai Birliyinin sədridir.