vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 24 mart 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MƏMLƏKƏT  
Əhmədovun tikintisi yarımçıq qaldı 16:42 | 6 may 2014 | Çərşənbə axşamı Məqaləyə 2303 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əhmədovun tikintisi yarımçıq qaldı

Sabiq rəis Qazaxda otel inşa etdirirmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov işdən çıxarılandan sonra onun bir sıra obyektləri əlindən alınıb, bəzi layihələri isə yarımçıq qalıb.

T.Əhmədovun Qazaxda tikdirdiyi böyük otelinin və istirahət mərkəzinin də inşası dayandırılıb. 

Gunxeber.com-un məlumatına görə, tikinti işləri bir ay öncə dayandırılıb. Otelin tikintisinin yarımçıq qalması T. Əhmədovun vəzifədən getməsi ilə əlaqələndirilir. 

Qazax rayon sakinlərinin dediyinə görə, obyektinin tikintisinə böyük işçi qüvvəsi cəlb edilibmiş. İşçi sayının çox olmasında məqsəd obyektin tikintisini tez başa çatdırmaq olub. 

Amma obyektdə artıq tikinti işləri tamamilə dayandırılıb. Yarımçıq otelin ərazisində bir neçə mühafizəçidən savayı heç kimin olmadığı bildirilir.

Qeyd edək ki, T.Əhmədovun həyat yoldaşı əslən Qazax rayonundandır. Metropolitenin sabiq rəisinin Qazaxa sərmayə qoyması və iş qurması da bununla bağlıdır.