Mis istehsalında axsamalar
BofA əlvan metalın qiyməti ilə bağlı proqnozunu artırdı – yeni hədəflər
19:48 | 11 iyun 2014 | Çərşənbə
Məqaləyə 3109 dəfə baxılıb
Şriftin ölçüsü
BofA əlvan metalın qiyməti ilə bağlı proqnozunu artırdı – yeni hədəflər
Qiymətli metal rekord təzələdi
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Mis bahalaşıb, digərləri ucuzlaşıb
Növbədə inflyasiya məlumatları var
Qiymətlər FED faiz endirim gözləntiləri ilə tarixi zirvəyə yaxındır
Londonda bahalaşan mis qiymətləri Şanxayda ucuzlaşdı
Çində təmizlənmiş əlvan metal istehsalının azalması qiymətlərə təsir etdi
Gümüş isə onu da geridə qoydu
Qiymət 10 min dollara yaxınlaşdı
London Metal Birjasında əlvan metalların qiymətləri bərq vurur
Qızıl isə avqustu qazancla bağlamağa yaxındır
Orta Şərqin təmtəraq nümayişi
Mədən qəzası dəmiri kəskin bahalaşdırıb
“Ağ metal”ı strateji yüksəlişə gətirən səbəblər – tədarük riski, ETF axınları və ABŞ-Çin gərginliyi
ABŞ-ın mis vergisində geri addım ata biləcəyi ehtimal edilir ...
Paytaxtda tikilən çoxmərtəbəli binaların sakinlərindən parakəndə şəkildə xidmət haqları yığılır. ANS TV-nin məlumatına görə, ümumiyyətlə paytaxtda yeni tikilən binalarda xidmətin qurulması mövcud qanunvericiliyə uyğun aparılmır. Aylıq kommunal və təsərrüfat haqları yuxarıdır. Bu rəqəm paytaxtın müxtəlif yerlərində 20-120 manat arasında dəyişir.
Bina sakini Novruz Əliyevin sözlərinə görə, yığılan pula xadimələrin, bir neçə işçinin və lift təmiri pulu daxildir.
Köhnə tikilən binalar Mənzil İstismar Sahələrinə aid idisə, çoxmərtəbəli binalarda bu işi mənzil təsərrüfat kooperativləri yerinə yetirir.
Əmlak bazarı ilə məşğul olan ekspertlərin fikrincə, mənzil sahiblərinin müştərək cəmiyyəti yaradılmalı və bütün xidmət növlərini öz üzərinə götürməlidir. Bina sakinləri müxtəlif qurumlarla müqavilə bağlayıb onların xidmətindən yararlanmalıdır.
Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, ümumi məbləğ tutulmalıdır. Nə qədər xərc tələb olunur və adambaşına nə qədər düşür: «Hazırda bu iş qanunauyğun aparılmır».
Digər bir problem isə mənzildə yaşanılmadığı halda onlardan xidmət haqqı alınır.
Ekspertlər hesab edilir ki, çoxmərtəbəli binalarda texniki personal və mühafizə xidmətinin əmək haqları sakinlərin aylıq xidmət ödənişləri vasitəsilə təmin edildiyi üçün, tam olmasa da, bu məbləğ 50 faiz ödənilməlidir.
Statistikaya əsasən, paytaxtda çoxmərtəbəli binaların sayı 1300-dən artıqdır. Bu binaların hərəsində 80-100 mənzil yerləşir. Bu 100 mindən çox ailənin problemidir.